Vilayət Eyvazov Eduard Məmmədova yeni vəzifə verdi

Vilayət Eyvazov Eduard Məmmədova yeni vəzifə verdi

Kikboks üzrə dəfələrlə dünya və Avropa çempionu, beynəlxalq idman ustasıı, əməkdar məşqçi Eduard Məmmədova yeni vəzifə verilib.

Bu barədə Miq.Az-a "Ağ canavar” ləqəbli idmançı özü məlumat verib:

"Dünən məni daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov qəbul etdi. 

Nazirin müvafiq əmrinə əsasən DİN-nin İdman Cəmiyyətində baş inspektor vəzifəsinə təyin edildim. İşim təkcə idmançılarla deyil. Mən həmçinin polislərin də fiziki hazırlığına nəzarət edəcəm. Cənab nazirə təşəkkür edirəm. O daim idmançıları diqqətdə saxlayır".(unikal.org) 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az