Vətəninfo.az xəbər verir ki, Bəhrəmtəpə qəsəbəsində keçirilən səyyari qəbulda rayonda həyata keçirilən məqsədyönlü tədbirlər bir daha nəzərə çatdırılıb. Bəhrəmtəpə qəsəbə sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. İmişli rayon icra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev dövlət başçısının regionların inkişafına göstərdiyi qayğıdan danışıb. Bildirib ki, rayonda kəndlərin qazlaşdırılması davam etdirilir. Kənd yolları da abadlaşdırılır, yeni sosial obyektlər inşa edilir. Rayonda təhsil ocaqlarının 80 faizi yenidən qurulub və əsaslı təmir edilib. Hazırda isə rayonda 2 körpələr evi-uşaq baxçasının tikintisi başa çatmaq üzrədir. Həmçinin bildirilib ki, istismar müddətini başa vuran köhnə elektrik dirəklərinin dəyişdiriməsinə ehtiyac var. İcra başçısı bildirib ki, bu məsələnin həlli ilə bağlı konkret tədbirlər görülür. İlin sonunadək kəndlərin qazlaşdırılması başa catacaq.Tədbirdə çıxış edən sakinlər də öz növbəsində onlara göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər. Görüşdə sakinlər tərəfindən qaldırılan müraciət və təkliflər dinlənilib, aidiyyatı qurumlara və xidmət təşkilatlarına konkret tapşırıqlar verilib.
Babək
İmişli



Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?