“Barselona” və “Sevilya” arasında keçiriləcək UEFA Super Kuboku uğrunda qarşılaşma avqustun 11-də Tbilisidəki “Dinamo” stadionunda baş tutacaq. Növbəti illərdə Avropa Liqasının və ya Çempionlar Liqasının final mərhələsinin, yaxud UEFA Super Kuboku oyununun Azərbaycanda təşkili mümkündürmü? Bunun üçün hansısa təkliflər varmı?
Modern.az saytı AFFA-nın vitse-prezidenti, deputat Rauf Əliyevin fikirlərini öyrənib.
O bildirib ki, 2017-ci ildə UEFA-nın 17 yaşlılar üzrə kubok oyunları Azərbaycanda keçiriləcək: “Artıq I Avropa Oyunları onu göstərdi ki, Azərbaycan nəinki Avropa, hətta Olimpiya Oyunları keçirdə bilər. Bunun üçün bizim 65 min nəfərlik Bakı Olimpiya Stadionumuz var. UEFA kubokunun finalını yüksək səviyyədə Azərbaycanda keçirə bilərik. Buna tam hazırıq və bu məsələ ilə bağlı heç bir problem yoxdur. Azərbaycanda idman icra strukturu o qədər təkmilləşib ki, həm Avropa Liqasının, həm Çempionlar Liqasının final mərhələsini, həm də UEFA Super Kuboku oyununun Azərbaycanda təşkilində heç bir problem yoxdur.
2020-ci ildə Avropa Çempionatının bir qrup mərhələsi sırf Azərbaycanda keçiriləcək. Artıq UEFA-nın İcraiyyə Komitəsi bunu təsdiq edib. Gələcəkdə ola bilər ki, Avropa və Dünya Çempionatı, Avropa Liqası və Çempionlar Liqasının final oyunları Azərbaycanda təşkil olunsun. Bu cür idman oyunlarına ev sahibliyi etməyə Azərbaycan tam hazırdır”.
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”