Vüqar Səfərli: “Yeni mənzillərin açarları dekabrda veriləcək”

Vüqar Səfərli: “Yeni mənzillərin açarları dekabrda veriləcək”
Jurnalistlər üçün tikilən ikinci binadan ev alan jurnalistlərə mənzillərin açarları bu ilin dekabr ayında veriləcək.

Bu barədə AzTV-nin "Günün nəbzi" verilişində Kütləvi informasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.
Onun sözlərinə görə, binanın qeydiyyatı ilə bağlı dövlət aktı olmalıdır: "Biz birinci binanın 2013-cü ilin iyulun 22-də açılışından sonra jurnalistlərin sənədlərini hazırlayıb qeydiyyatdan keçirdik və həmin ilin dekabrın 24-də yeni il qabağı mənzillər jurnalistlərə təhvil verildi. Yəqin ki, bu məsələ ilin sonuna qədər həll olunacaq və açarlar dekabr ayında təntənəli şəkildə sahiblərinə təhvil veriləcək". (lent.az)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az