“WhatsApp” yazışması zamanı “YouTube” izləmək mümkün oldu

“WhatsApp” yazışması zamanı “YouTube” izləmək mümkün oldu
"Apple” cihazlarının istifadəçiləri "WhatsApp” əlavəsində işlərini dayandırmadan "YouTube” videoçarxlarını izləmək üçün yeni funksiya əldə ediblər

Lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, bu imkanlardan istifadə etmək üçün mobil cihaz istifadəçiləri messencerlərini v2.18.11 versiyasına qədər yeniləməlidirlər. 
Bundan öncə "WhatsApp” istifadəçisi "YouTube”də video izləmək üçün videohostinqin əlavəsinə keçməli olurdu ki, nəticədə messencerdəki işlərini yekunlaşdırmalı olurdu. Müəyyən işləmələrdən sonra "WhatsApp”ı v2.18.11 versiyasına qədər yeniləyən "Apple” cihazlarının sahibləri messencerdə işləyərək və məlumat göndərərək eyni vaxtda "YouTube” videoçarxlarını izləyə biləcəklər. 
Hələlik yeni funksiyanın ancaq iOS cihazlarında istifadə edilməsi mümkündür. "Android” sahibləri üçün versiyanın olacağı isə hələlik məlum deyil.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az