Səbəb anasının qatillərinin tapılmamasıdı
Xaçmazda fəaliyyət göstərən “Arzu” Ticarət Mərkəzinin qətlə yetirilən sahibi, 73 yaşlı Nəcimə Babayevanın qızı Təranə Həbibovanın intihara əl atmasına səbəb anasının qatillərinin hələ də tapılmaması olub. Bu barədə vətəninfo-ya Təranə Həbibovanın qardaşı Fuad Həbibov bildirib. Onun sözlərinə görə bacısı anasınını qətlə yetirilməsinə və qatillərin hələ də azadlıqda qalmasına, hüquq-mühafizə orqanlarının bu işə laqeyid münasibətinə dözməyərək özünü öldürüb: "Bizi qıra-qıra gedirlər. Anamı öldürdülər, bacımı isə intihara cəhd etdirdilər. Bacım "ana, ana" deyərək özünü öldürdü". Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, 73 yaşlı Nəcimə Babayeva 2010-cu ildə Xaçmaz rayonunun Muskal küçəsi, 15 ünvanında yerləşən şəxsi üçmərtəbəli mənzilinin birinci mərtəbəsində naməlum şəxs və ya şəxslər tərəfindən küt alətlə vurularaq qətlə yetirib. Bu günədək hadisəni kimin tərəfindən törədildiyi məlum deyil. .Xatırladaq ki, 49 yaşlı Təranə Həbibova Xaçmazda bacısının yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Hadisə yerinə Xaçmaz Rayon Polis İdarəsi və Rayon Prokurorluğunun əməkdaşları gəlib və araşdırmalara başlayıb.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?