XALQDAN GİZLƏDİLƏN EVLƏR

XALQDAN GİZLƏDİLƏN EVLƏR
   
Bu bir reallıqdır ki, bu gün Bakıda on minlərlə kvartirant qalan vətəndaşlarımız var. Şübhəsiz ki, bu insanların içində köklü-dibli evi olmayan insanlar da az deyil. Olkə başçımız cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, evi olmayan vətəndaşlarımıza lazımi dövlət səviyyəli köməklik göstərilməlidir. Təəssüf ki, bəzi aidiyyəti təşkilatlar və başında oturan məmurlar cənab prezidentimizin göstərişlərini qulaqardına vurur, evə ehtiyacı olan vətəndaşlarımızı görməzdən gəlirlər. 
  
Bu gün söhbət açacağım Bakı şəhər Mənzil-Kommunal Təsərüfatı Departamentidir ki, 2023-cü ilin noyabr ayında əməkdaşı olduğum ,,Həkəri" qəzetində bu idarənin rəhbərinə ünvanladığım yazıya hələ də cavab verilməyib. Məsələ belədir ki, uzun illərdir bu təşkilatın tabeliyində boş qalan evlər var ki, xalqdan gizlədilir. Bu boş qalan evlərdən ikisi yerləşir birinci Zabrat, Oktyabr küçəsində. (73 saylı MİS-in balansındadırlar.) Hansı ki, sahibləri uzun illərdi dünyalarını dəyişib və bu evlərin dövlətə neçə illərdir xeyri dəymir. Yəni bu evlərdə nə qaz yanır, nə işıq, nə də su gəlir. Bir sözlə kommunal ödənişin bu evlər illərdir dayandırıb. Maraqlı burasıdır ki, niyə bu evlər mənim kimi ömrünü yazı-pozuya həsr edənə və yaxud başqa bir evsizə verilmir? Əgər bu evlər qəzalı vəziyyətdədirlərsə, (bu barədə söhbət gedə bilməz) niyə eyni binada başqa ailələr yaşayır? Ümumiyyətlə, bu təşkilata kim nəzarət edir? Niyə kimlərinsə səhlənkarlığı nəticəsində dövlət əmlakı qəsb olunmalı, kommunal xidmətlərdən və vətəndaşlardan gizlədilməlidir? Hal bu ki, bu evlərdə evi olmayan vətəndaşlarımızı yerləşdirib savab qazanmaq olar, cənablar!..
 
KAZIM SƏFƏROĞLU
 
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü
  


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az