Xankəndində Rusiyaya birləşmək mitinqi

Xankəndində Rusiyaya birləşmək mitinqi

Vətəninfo.az Virtualaz.org-a istinadən xəbər verir ki bu barədə Azadlıq radiosunun erməni xidməti dünən axşam məlumat yayıb.
Martın 18-də axşam Dağlıq Qarabağın “paytaxtı”ında Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı bayram mərasimi təşkil olunub.
Bu mərasimdə bəzi öyrədilmiş adamların Dağlıq Qarabağın da Rusiyaya birləşdirilməsinə dair çağırışlarla çıxış etməsi gözlənilirdi, lakin alınmayıb. Belə ki, martın 18-də səhər tezdən başlayaraq Xankəndindəki məktəblərdə  və “dövlət təşkilatlarında” axşam şəhərin baş meydanında bayram konsertinin və mitinqin olacağı haqda elanlar yayılıb.
İnsanları sadəcə olaraq meydana çıxmağa məcbur ediblər, çoxları nə üçün getdiyini də bilməyib. Buna baxmayaraq mitinq faktiki olaraq baş tutmayıb və meydana toplaşan bir qrup adamın qarşısında Dağlıq Qarabağın qondarma “xarici işlər nazirliyinin” və “parlamentinin” Krımla bağlı bəyanatı oxunub. Həmin bəyanatda Krım xalqının Rusiyaya birləşmək qərarı alqışlanır. Bunun ardınca meydanda konsert başlayıb.
Sayt qeyd edir ki, mitinqin izdihamlı alınacağı halda öyrədilmiş qrupların və şəxslərin Dağlıq Qarabağın da Rusiyaya birləşməsinə dair çağırışlarla çıxış etməsi nəzərdə tutulmuşdu.Maraqlıdır ki, həmin mitinqin və konsertin kim tərəfindən təşkil edildiyi açıqlanmayıb. Lakin erməni KİV-ləri təlimatın Ermənistan rəhbərliyi tərəfindən verildiyini təxmin edir. Bildirilir ki, həmin tədbiri təşkil edənlərin məqsədi Krımın Rusiyaya birləşmək presedenti olduğunu Dağlıq Qarabağ ermənilərinə göstərmək idi.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az