"Xarici biznesin ölkədən getməsi və sanksiyalar Rusiya iqtisadiyyatına fəlakətli təsir göstərir..."


"Rusiyanın sanksiyalar davam etdiyi zaman iqtisadi uçurumdan çıxış yolu yoxdur"

"Enerjidaşıyıcıları ixracından gələn gəlirlər Rusiya hökumətinin bütün gəlirlərinin 60 faizini təşkil edir"
 
"Rusiyanın təbii qaz ixracının 80 faizi Avropanın payına düşür"
 
"Rusiyada inflyasiya müharibənin davam etdiyi aylarda təxminən 20 faizə çatıb, bəzi malların qiyməti 40, hətta 60 faiz artıb"
 
 "Rusiyanın daxili kapital bazarı zəif iqtisadiyyat şəraitində bu il dünyada ən pis göstəricilərə malikdir"
 
İsrailin Yel Universitetinin araşdırması göstərir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində onun iqtisadiyyatına bir çoxlarının düşündüyündən daha ciddi ziyan vurulub: "Rusiyanın sanksiyalar davam etdiyi zaman iqtisadi uçurumdan çıxış yolu yoxdur".
 
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
 
Ukraynaya soxulduğu andan Kreml və ona loyal olan yerli KİV-lər Rusiyanın, sanksiyalara rəğmən, iqtisadi sabitliyini qoruyub saxladığını sübut etməyə çalışır. Bu fikir həqiqətə uyğun deyil, Yel universitetinin ekspertləri bu həftə dərc etdikləri tədqiqatın nəticələrindən bu qənaətə gəlib.
 
Mütəxəssislər ilk kompleks iqtisadi təhlil apararaq, müharibədən keçən beş aydan sonra Rusiya mənbələrindən, o cümlədən fərdi istehlak məlumatlarından, müxtəlif kanallardan Rusiyanın xarici ticarət tərəfdaşları tərəfindən dərc edilən informasiyalara çarpaz istinadlardan və dəniz yükdaşınmaları barədə informasiyalardan istifadə edərək, Rusiyanın işgüzar fəallığını öyrənib.
 
"Bizim təhlildən görünür ki, xarici biznesin Rusiyadan getməsi və sanksiyalar Rusiya iqtisadiyyatına fəlakətli təsir göstərir", - tədqiqatçılar yazır.
 
Kremlyönlü mənbələr sübut etməyə çalışır ki, neft, qaz və metal ixracı həcminin aşağı düşməsinə rəğmən, xammal məhsullarının qiymətinin artması sayəsində Rusiya xəzinəsinə əvvəlkitək kifayət qədər vəsait daxil olur. Rusiya hökuməti hətta iddia edir ki, iqtisadiyyat çiçəklənir və sanksiyalar Qərb ölkələrinə Rusiyadan daha çox ziyan vurur.
 
"Aydındır ki, sanksiyalara davam edən mübtəlanın Avropa İttifaqı və onun əhalisi üçün ciddi nəticələrə gətirib çıxarması qaçılmazdır, - bunu may ayında Rusiya prezidenti Vladimir Putin bəyan edib. - Rusiya xarici çağırışların qarşısında özünü inamlı hiss edir".
 
Amma Rusiyanın vəziyyətinin heç də pis olmadığını təkcə Rusiya iddia etmir. Bu həftə Beynəlxalq Valyuta Fondunun (BVF) dərc etdiyi proqnozda Rusiya iqtisadiyyatının artım tempi 2022-ci ildə 2, 5 faiz dərəcəsində yüksəlib:  BVF onun apreldə proqnozlaşdırdığı 8,5 faiz deyil, 6 faiz aşağı düşməsini gözləyir. Eyni zamanda, ABŞ və Çin kimi dünyanın əsas iqtisadiyyatlarının artımı azalır.
 
"Rusiya iqtisadiyyatının ikinci rübdə mənfi artımı ilkin dəyərləndirmələrlə müqayisədə daha mülayim olacağı gözlənilir, çünki neft və qeyri-xammal məhsulların ixracı gözlənildiyindən yüksək olub", - fondun hesabatında deyilir. Bu zaman 2023-cü ilə proqnoz pisləşib: BVF ÜDM-in 3, 5 faiz azalacağını güman edir, hərçənd, öncə onun 2, 3 faiz azalacağını proqnozlaşdırıb.
 
Lakin tədqiqatçılar hesab edir ki, Rusiyanın mallar ixrac edən ölkə kimi strateji vəziyyəti satış bazarlarını itirməsi səbəbindən çox pisləşib. Putinin bəyanatlarına rəğmən, Rusiyadan mal ixracı başqa ölkələrədən fərqli olaraq daha mühüm əhəmiyyət kəsb edir. Enerjidaşıyıcıların ixracından gələn gəlirlər Rusiya hökumətinin bütün gəlirlərinin 60 faizini təşkil edir.
 
Avropaya təbii qaz tədarükünün azalması Rusiyaya Avropa idxalçılarına nisbətən xeyli dərəcədə çox ziyan vurub, tədqiqatda belə deyilir. Rusiyanın təbii qaz ixracının 80 faizi Avropanın payına düşür, Avropada isə Rusiyanın payına idxal edilən qazın 46 faizi düşür və hazırda Avropa İttifaqı getdikcə qazı daha çox ABŞ-dan idxal edir. İdxal da həmçinin azalıb, əvvəllər ticarət tərəfdaşlarından aldığı, hazırda bundan imtina edildiyi mühüm malları, komplektləşdiriciləri və texnologiyaları almaq əvvəlki kimi çətindir.
 
"Putinin yaratdığı xülyalara rəğmən, Rusiyanın öz tələbatlarını ödəmək və idxalı əvəzetməni, yerli istehsalı inkişaf etdirmək üçün nisbi qabiliyyəti biznes itkilərini, istehsalı və peşəkar işçiləri kompensasiya etmədən staqnasiya vəziyyətinə gətirib çıxarıb; innovasiyalara və istehsal bazasına dəyən zərər qiymət artımına və istehlakçıların qəzəbinə səbəb olub".
 
Rusiyada inflyasiyanın rəsmi səviyyəsi hərbi müdaxilədən sonrakı aylarda təxminən 20 faizə çatıb, xarici ölkələrdən idxaldan asılı olan bəzi malların qiyməti isə 40 və hətta 60 faiz artıb, tədqiqatçılar qeyd edir.
Bundan başqa, Ukraynadakı müharibə ona gətirib çıxarıb ki, Rusiya onun ÜDM-nin 40 faizini istehsal edən şirkətləri itirib, təxminən 30 illik xarici investisiyalar havaya sovrulub, kapital və əhali misli görünməmiş sayda ölkədən gedir.
 
Tədqiqatçılar həmçinin qeyd edir ki, Putin rejimi bu zəiflikləri fiskal və monetar intervensiyanın köməyilə ört-basdır etmək istəyir, bu səbəbdən onun hökuməti bir çox illər ərzində ilk də olaraq büdcə kəsiri ilə üzləşib, enerjidaşıyıcılarının qiymətinin artmasına rəğmən, Rusiyanın valyuta ehtiyatlarını tükəndirir. Kremlin xəzinəsində vəziyyət bir çoxlarının güman etdiyindən xeyli pisdir".
 
Rusiyanın daxili kapital bazarı, zəif iqtisadiyyat şəraitində likvidlik və kreditin aşağı düşməsinə rəğmən, həm cari vəziyyətin indikatoru olaraq, həm də gələcək proqnoz kimi, bu il dünyada ən pis göstəricilərə malikdir. Bütün bunlar üstəgəl Rusiyanın beynəlxalq bazarlardan ayrılması onun iqtisadiyatını dirçəltmək üçün kapitalı cəlb etmək qabiliyyətini məhdudlaşdırır.
 
"Rusiyanın başqa ölkələrin ona sanksiyalarla təsir göstərməyə davam etməsinədək iqtisadi uçurumdan çıxmaq şansları yoxdur", - tədqiqatçılar belə hesab edir.
 
Müəllif: Ronit Domke


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az