Xarkov vilayəti atəşə tutuldu - Muzey dağıdıldı

Xarkov vilayəti atəşə tutuldu - Muzey dağıdıldı

Ukraynalı şair Qriqori Skovorodanın həyat və yaradıcılığına həsr olunmuş muzey ruslar tərəfindən dağıdılıb.

Teleqraf.com xəbər verir ki, rus qoşunlarının mayın 7-də Xarkov vilayətini atəşə tutması nəticəsində Skovorodinovka kəndində Qriqori Skovorodanın Milli Ədəbi Memorial Muzeyi dağıdılıb.

Raket zərbəsi nəticəsində güclü yanğın baş verib.

Mərmi köhnə malikanənin damına düşüb, yanğın başlayıb. Yanğın muzeyin bütün binalarını bürüyüb.

Atışma nəticəsində muzeyin direktorunun 35 yaşlı oğlu yaralanıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az