Xeyirxahlıqlarında xatırlanan və bədxahlarının unutdurmadığı FENOMEN: İsmayıl Ömərov!

Xeyirxahlıqlarında xatırlanan və bədxahlarının unutdurmadığı FENOMEN: İsmayıl Ömərov!

Başqa hallarda, başqa faktlarla, başqa məqamlarda və mənsəblərdə Onu ayrı cür qorumaq da olur, vurmaq üçün selbə də tapmaq olur!

Bədxahları Onu Heydər və İlham Əliyevlərə komanda sədaqətində və əqidə səbatında ittiham edir! Əslində bu elə ən düzgün "ittiham"dır - fəqət anlayan olsa ki, elə ən dəyərli kadr bu komandada sədaqətinə və səbatına görə Odur ki, var! Amma onu komandanın ən xəyanətkar adamları sıradan çıxara bilməsələr də... sıradan ofsaydda saxladılar!
Məntiqi sual oydu ki, a balam, siz... əlahəzrətlər və ülyahəzrətlər, vəzir-vəkillər kimlərlə işləyirsiniz: Balaca başınızda "covid fırtınası"  yaradıb "5-ci kolon"çetesi iləmi, yoxsa sabit və sədaqətli olanlarla?
Zaman vaxtında verdiyimiz doğru sualların möhtəşəmliklə dəqiqliyini təsdiqlədi!
Əvvəl ANS-i bağlatdılar!
PEŞƏKAR Mir Şahini "zərərsizləşdirdilər" - Mir Şahin də Sözün, Sözünün, Sözümüzün Ağası Mir Şahin olmazdı ha... bu balaca başlı adamların balaca-balaca kombinasiyalarına qarşı... tuzaq qurmadan "qəşəy-qəşəy" deməyəydi: "məndə üç tuzdu, özünüzə gedin!"
Və... Mir Şahin Əbülfəz Elçibəyi danışdıranda Federiko Fellini, Marçello Mastroyanni, Eldar Ryazanov kimi, mükəmməl artistizm kombinasiyası yaradıb, Yeji Hofmann kimi dedirtməyəydi: "Mən Prezident olacam! Mən Prezident olmadım ki!"
Dostum və sahəsinin Ustadı saydığım həmkarım demişkən: ANS Mir Şahin REAL Mir Şahinə çörək verməliydi, o Mir Şahinin çörəyini bu Mir Şahin yeməliydi! Mir Şahin Prezident OLMALIYDI - ÖZ SAHƏSİNDƏ VƏ TELEKANALDA! 
Əlavə edərək deyim ki: sübut etməliydi - ingiliscə "who is who"; rusca "кто есть ..уй" və həm də azərbaycanca "kim kimdir!"
Ən azından ona görə ki, Mir Şahinin bu hakimiyyət üçün ağlayan gözləri doyunca ağlamamışdı!
Elə Mir Şahinin rayonunda olub və elə Mir Şahinin şərəf verib ANS-də bölgə müxbiri işə götürdüyü rəhmətlik Şükür Səlimxanlı danışıb mənə:
Bir gün cavan kişilərdən biri vəfat edir və aparıb dəfn edən kimi, adam dirilir! El arasında xortdamaq deyirlər! Camaat, el-oba birtəhər əmin olur ki, xortdasa da ziyanəvər deyil və dinləyirlər, soruşurlar ki, nooldu bəs...
Adam cavab verir:
- Mən qəribə bir ağ dünyaya düşdüm, analığım saçlarını yolurdu ağgeyimlilərin qarşısında ki, o, hələ ölməməliydi, onu səhv gətiriblər, bu dəm nurani-işıqlı biri gələrək əmr etdi mələklərə:
- Onu geri qaytarın, onun imam Hüseyn üçün ağlayan gözləri hələ doyunca ağlamayıb!
Zaman sübut etdi ki, Mir Şahin ÖZ VAXTINDA doğru olanı etdi: 220 illik problemi 44 günə qəti və tam olmasa da, qələbə ilə yoluna qoyan hakimiyyətə düz edib sadiq və sədaqətli olub! Dolayısıyla və bilvasitə DÖVLƏTÇİLİYİN müzəffər və rəşadətli əsgəri olaraq TARİXİN VAXTINDA səhifə sahibi olub!
Fəqət... İsmayıl Ömərov... bütün şanslardan imtina edərək... İsmayıl Ömərovu nə diriltməklə məşğul oldu, nə də İsmayıl Ömərova bəraət qazandırmaqla!
Onun buna ehtiyacı yox idi... Mir Şahindən fərqli olaraq!
Mənə möhtəşəm və möhtərəm (bəzi hallarda möhtərəmsiz möhtəşəm) deyən USTAD saydıqlarımın tam əksəri hər ikisindən narazıdır - "hər ikisinin bədxahları" qrafasında dəyişməz və barışmaz mövqe tutublar! Dəfələrlə adına "bəytərifi" dedikləri portret yazılarımdan da incik düşüblər ki... AY Aydıııınnnn, neynirsən???
Həmişə cavab vermirdim, bu dəfə deyirəm neynirəm: daha bir vicdanlı azərbaycanlıya sübut etmək istəyirəm ki, komanda üzvü sadiq və sədaqətli, səbatlı olmalıdır! Ən bariz nümunə iki nəhəng - İsmayıl Ömərov və Mir Şahin Ağayev!
Hər komandanın öz Mir Şahini və İsmayıl Ömərovu olmalıdır! Əgər AXCP-nin Qənimət Zahidi varsa, Müsavatın Raufu Qənimət Zahid olmadı! Amma olmalıydı! 
Bu biri!
İkincisi... hər kəs öz qədərini və payını, mövqeyini və mənsəbini bilməli, razılaşmalı, görəvini yerinə yetriməlidir!
İsmayıl Ömərov tam şəkildə bitkin və mükəmməl halda... zərurət yarandığı andaca iş təcrübəsindən və peşəkarlığından faydalanmaq üçün sərəncama götürülsə də, eyni aqibət Mir Şahinə də "nəsib" olsa da, bir nüANS FƏRQli idi: NO...ANS gerçəkliyi ortada REAL boşluq yaratmışdı!
Mir Şahinin "amin"lərinə "amin"-"telekanal" borcu olan hakimiyyət borcundan çıxdı o Mir Şahinin qabağında!
İsmayıl Ömərovun "amin" borcu vaxtında qaytarılmışdı: İCTİMAİ TV!
Amma və lakin... deməyi özümə peşə və vicdan borcu bilirəm: bu hakimiyyətlə işləməmək də qəhrəmanlıqdır, işləmək də!
Mən işləməmək qəhrəmanlığına məruz qaldım: pişiyin könlündən samanlıq keçirdi, it də vurdu saldı! Sağ olsun Allahşükür Paşazadə, Eldar Mahmudov və onların agentura şəbəkəsi! Hakimiyyətdən vəzifə olmasa da iş, lüks, səlahiyyət, imkan olmasa da, ev-mənzil nəfsimə qalib gəlməyə yardımçı ola bildilər şər-şəbədələriylə... doğru bilib seçdiyim yola davam edə bildim!
Dostum və qardaşım (allah mənim kimi "dostun" və "qardaşın" çarəsini tezbazar eyləsin! amin Mir Şahinin onu vaxtsız qətl edənləri getdirmək və (əyinlərinə kəfən) geydirmək (ehsanlarını yemək) lüksü Onu bir daha və yenidən telearenaya qaytardı!
Ancaq və amma... eynən mən xarakterdə və bürcümüz bir olan İsmayıl Ömərov USTAD olaraq daha bir şeyləri Mir Şahindən əvvəl etmişdi və o yolları ondan əvvəl getmişdi deyə, AYRI-ALAYI PERFORMANS SƏRGİLƏDİ: 
 
Image result for İsmayıl ömərov 

Həm sədr və aparat asılılığından qurtularaq kanal yiyəsi olmaqla, həm də əleyhdarlarının ehsanını yeyib "fatihə" verməklə qabağa düşdüyündən... gərəkdi ki...
(yazını elə bu üç fikrə görə yazıram)
1. Uzun illər işsiz qalan İsmayıl Ömərov giley-güzar etmədi, gördüyü işləri və göstərdiyi xidmətləri qəhbə qaxıncı tək dilə gətirmədi!
2. Necə şax gəlmişdisə Bakıya, necə şax yüksəlmişdisə, necə şax işləmişdisə, eləcə də şax... işsizliyinin ağrı-acısını Bakının "Qış bulvarı"nda təmiz hava ala-ala həzm etməkdə davam etdi - əlbəttə ki, pandemiyaya qədər! Və mən xüsusi zövq almışam axşamüstülər İsmayıl Ömərovla Çingiz müəllimə "Qış bulvarı"nda var-gəl edəndə tamaşa etməkdən: adamın həm də qrup yoldaşı olan iş yoldaşı da gərək kişi ola, ailə və komanda dostluğuna sadiq ola!
3. 1993-cü ildən bu yana həm Heydər Əliyevin, həm də İlham Əliyevin komandasında olan sabiqlərin hər biri üçün lap elə məhkəməsiz-filansız KORRUPSİONER yarlığıyla cinayət işləri açılıb da, içəri də qoyulan olub, malı-mülkü yağmalanaraq məlum xəzinəyə nəf olunan da!
Təkcə bu illər ərzində İsmayıl Ömərova talançı damğası yapışmadı: Kişi oğlu kişi kimi (eləcə də mənim stilimdə) durub onu ittiham edənlərə cavab verdi: "yalançının anasını..."
Bu gün bilmirəm neçə yaşı olur İsmayıl Ömərovun, amma bilirəm ki, bu gün xüsusi ilə vurğuladığım üç punkta görə bu ölkədə bir kişi dünyaya gəlib! Və O... yaşayır!
Onun yaşı... televiziyada işlədiyi illər qədərdir!
Onun yaşı yaratdığı və rəhbəri olduğu İctimai TV-də gördüyü işlər qədərdir!
Onun yaşı işdən azad ediləndən sonra... Bakının "Qış bulvarı"nda alnıaçıq, çəkinmədən, şax gəzdiyi kişi ömrü qədərdir!
Onun yaşı bədxahlarının Ona qalib gələ bilmədiyindən yana lənətlədiyi illər qədərdir!
Onun yaşı... etdiyi xeyirxahlıqların xatırlandığı illər qədərdir!
Onun yaşı... yaş işlərdə çalışan yaş adamların əhatəsində artsa da, özü yaş olmadan yaşadığı qədərdir!
O qədər gözəl və quru çıxdı ki bu iyrənc həyatın imtahanlarından... dəyərinə dil uzadılanda, "görsə üşüyür, çəkinmədən özünü yandıra bilər" (fikrin ifadəsi Qulu Ağsəsə məxsus, oranjemanı-nəzirəsi mənim), təki Komandasına və Liderinə xələl gəlməsin!
Bax, bu məqam həm də Onun mənsəbidir - yaş və yaşam Ucalığı!
p.s. Hələ bilmək olmaz... Heydər və İlham Əliyevləri lider seçməkmi yanlışdır, yoxsa ayrılarını...
27 sentyabr.... tarxin həqiqətlər məcmuəsinin və məntiq nəzəriyyəsinin anasını ağlatdı, - siyasi-riyazi hesablamalar aparılarkən elekron-hesablama maşınlarının çipi yandı!
İsmayıl Ömərovun həqiqətləri və seçimi mənim həqiqətlərim və seçimlərimlə tərs mütənasib olsa da, adamın Ustad və Uzaqgörən olaraq... Allahın verdiyi YAŞı YAŞAmaq seçimi qənirsiz!
Atalarının təbəddülatlar dönəmində "tərə yeyən də yaza çıxır, kərə yeyən də" dediyi xalqın... mənim kimi konstitusiyasız, nəinki xalqın, heç öz atasının sözünü kredo seçməyib oxucusuna xətir-hörmətlə yedirən biri üçün... İsmayıl Ömərov ən doğru ünvan!
Ayran içib ara açmaq olmasın, amma səmimi deyim ki, İsmayıl Ömərov həm də o mənada nümunədir ki, bu hakimiyyətdə təmsil olunub, bu hakimiyyətlə işləyib "Arif Alışanov, Cəmil Quliyev Vaqif Mustafayev, Balakişi Qasımov, nə bilim, Rövşən Məmmədov, Azər Xəlilov, Əli Həsənov, Vüqar Səfərli olmamaq da olar" mesajıdır mənim üçün!
Əlisəmid Kür demiş, (buracan belə gələn İsmayıl Ömərov "atdığı daşları yığır" - xətir-hörməti saxlanılır, ehtiram göstərilir, təbrik olunur, təşəkkür edilir, məclislərdə qarşılanır) tay bundan sonrası nə olar olar"...
O dünyada ki, dünyanın özü qalmayacaq, qiyamətə məhkum olacaq, elə dünyada İsmayıl Ömərov hələ də və belə yaşayırsa, BÖYÜK KİŞİDİR!

Doğum günün mübarək, BÖYÜK və performanslı KİŞİ!

p.s. mənim tələbə yoldaşlarımdan biri ayrı bir tələbə yoldaşımızı bəh-bəhlə təbliğ edir söz, azadlıq və mübarizə çarçısı kimi, amma və lakin... onun 10 min manata efirə buraxdığı müğənninin saatyarımlıq konsertini İsmayıl Ömərov... tam təmənnasız efirə verdi! Necə deyərlər, məndə 21-dir! Müzakirə bitmişdir! Oradan təbriklər və alqışlar! Müqayisə və müzakirə üçün postÖmərov dönəminin "kadr möhtəşəmlikləri" bəs edir!

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az