“Xəzər Lənkəran” klubunun futbolçusu Alim Qurbanov futbol11.az saytına müsahibə verib. 35 yaşlı futbolçu sentyabrın 13-də baş tutacaq toyundan və hazırlıq planından danışıb.
- “Xəzər Lənkəran”ın məşqlərinə qatılmamağın toya hazırlığınla bağlıdır?
- Bəli. Sırf buna görə, baş məşqçi Yunis Hüseynovdan icazə almışam.
- Toy əvvəlcə sentyabrın 11-də baş tutmalıydı. Sonradan vaxtını niyə dəyişdin?
- Bu, millinin oyunu ilə bağlı deyil. Sadəcə öz oyunumuzla əlaqədardır.
- Toy mərasimi harada baş tutacaq?
- “Neolit”də.
- Toyu kim aparacaq?
- “Şeron” qrupu. Onlar mənim dostumdur. Aparıcı da onlar olacaq.
- Bəs Röyanın oxuyacağı deyilirdi…
- Yox. Bəlkə, Mais Mənsimov gətirdi, mənim xəbərim yoxdur.
- Toy üçün nə qədər xərcləyəcəksən?
- Qoy bu sirr qalsın. Mən göylə getmirəm. Bahalı nəsə etməyəcəm. Ucuzvari olacaq.
- Toya neçə nəfər çağırmısan?
- 300 nəfər dəvət etmişəm. Amma 50 nəfər üçün ehtiyat stol da saxlayacam.
- Kimləri toyda görmək olar?
- Azərbaycan futbolunda olan hər kəsi.
- Səncə, Azərbaycan futbolçularından toyda ən yaxşı oynayan kimdir?
- İndiki zamanda Elnur Allahverdiyev, Elnur Abdullayev yaxşı oynayırlar. Samir Ələkbərovun da Nazim Süleymanovun da rəqsini görmüşəm. Hər birini dəvət etmişəm.
- Legionerlərdən kim olacaq?
- Vobay, Parks və Devran Ayhan.
- Azarkeşlərdən kimi dəvət etmisən?
- Qapı hər kəs üçün açıqdır. Kim istəsə gələ bilər.
- Saç ustan kim olacaq?
- Stilist Cəmil olacaq. Toy insan həyatında bir dəfə olan hadisədir. Ona 100 manat verərəm.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.