XİN: Azərbaycan hərbi qulluqçusunun qətlini törədənlər cəzalandırılacaq
Azərbaycan Xarici İşlər Nazirliyi neytral zonada vurulan əsgərimiz və ABŞ-da həmsədrlərlə görüş haqda qısa açıqlama yayıb.
Açıqlamada deyilir:
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyətini müəyyən etmək üçün iki ölkənin Xarici İşlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü, yenidən təmas xəttində Azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı. Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq”.
Miq.az