XİN Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yaydı

XİN Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yaydı
XİN Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yayıb.

Miq.az xəbər verir ki, mətndə deyilir:

8 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri "Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar. Dördpendirli pizza

Paraflanmış Sazişin ingilis dilində mətni ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür. Sazişin eyni dərəcədə autentik olan Azərbaycan dilinə qeyri-rəsmi tərcüməsi ilə bu keçid vasitəsilə tanış olmaq olar.

Bundan əlavə, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının xarici işlər nazirlərinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların (ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun) bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətindən sonra, bu gün ATƏT Nazirlər Şurasının bağlanma ilə bağlı qərar layihəsi ATƏT iştirakçı dövlətləri arasında yayılıb və onlar qərarın qəbul edilməsi üçün lazımi prosedurları dəstəkləməyə çağırılıblar.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az