XİN: Moskvada terror aktında həlak olan Vüqar Hüseynov Azərbaycan vətəndaşı deyil

XİN: Moskvada terror aktında həlak olan Vüqar Hüseynov Azərbaycan vətəndaşı deyil

Azərbaycan Xarici İşlər Nazirliyi Moskvadakı "Crocus City Hall”da baş verən terror aktında Azərbaycan vətəndaşının ölməsinə dair məlumata münasibət bildirib.


Bu barədə qurumdan Pravda.az-a məlumat verilib.


Qeyd olunub ki, həlak olan şəxslərin siyahısındakı Hüseynov Vüqar Fuad oğlunun Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən hər hansı bir sənədə malik olmadığı müəyyən edilib.


Xatırladaq ki, daha əvvəl sözügedən hadisə nəticəsində bir nəfər azərbaycanlının həlak olması barədə məlumat yayılmışdı.


Qeyd edək ki, ötən axşam "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 115-dən çox adam ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az