Xocalı faciəsini törədən 366-cı alay Ukraynada DARMADAĞIN EDİLDİ - FOTO

Xocalı faciəsini törədən 366-cı alay Ukraynada DARMADAĞIN EDİLDİ - FOTO

Rusiya ordusunun polkovnik-leytenantı Vitali Slabtsov Ukraynada öldürülüb. O, bir çox digər rus hərbçiləri kimi, artıq Rusiyada dəfn olunub.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya mətbuatı 43 yaşlı Slabtsovu "elitar desant” adlandırır və onun martın 24-də öldürüldüyünü yazır. Aprelin 1-də o, Ryazanda qapalı tabutda dəfn edilib. Briqadadan bir çox döyüşçüsü də onunla birlikdə öldürülüb.

Slabtsov Ussuriyskdə yerləşən 83-cü desant-hücum briqadasının komandirinin müavini idi. Bundan əvvəl Ukrayna Baş Qərargahı bu bölmənin böyük itkiləri barədə məlumat verib. Təkcə martın 28-də həmin briqadada xidmət edən 200-ə yaxın hərbçi dəfn edilib.

Qeyd edək ki, 1992-ci ildə ermənilərlə birlikdə Xocalıda soyqırım həyata keçirən 366-cı alay ləğv edilərək onun bazasında 83-cü desant briqadasında yaradılıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az