Xocavənddə əməliyyat: Həbs olunan var – FOTO

Xocavənddə əməliyyat: Həbs olunan var – FOTO

Xocavənd rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Miq.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Noyabr ayının 6-da saat 3 radələrində Xocavənd rayon polis şöbəsinin əməkdaşları tərəfindən Məmməddərə kəndi ərazisindəki stasionar postda "Shacman” markalı avtomobilin sürücüsü İsmayıl İsmayılova "saxla” işarəsi verilib.

Nəqliyyat vasitəsinə məyyən edilmiş qaydada baxış keçirilib, bu zaman avtomobilin yük yerindən 7 ton dəmir məmulatları və 2 baş heyvan aşkar edilib.

Faktla bağlı Xocavənd rayon polis şöbəsində araşdırmalar aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az