
Bildirilirdi ki, qazaxıstanlı qadın tanış olduğu həmin Oğuz sakini ilə 10 aya yaxındır birlikdə yaşayıb və 4 aylıq hamilə olub. Aygül Atçıbayevanı axtarmaq üçün onun qardaşı Bakıya gəlib və Xoşqədəmə müraciət edib. O, bacısının azərbaycanlı sevgilisini Elçin kimi tanıdığını, lakin Azərbaycana gəldikdən sonra əsl adının Yolçu olduğunu öyrənib.
Qardaşının sözlərinə görə, Aygülün ilk nikahından 11 yaşında qızı var.
Hamilə qadını öldürən və intihar edən Oğuz sakini
Bu elan yayıldıqdan sonra qazaxıstanlı qadının həmin tanışı-1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlu Xoşqədəmin proqramına çıxıb. Ötən gün efirə gedən proqram zamanı bu şəxs Xoşqədəmin və qazaxıstanlı qadının qardaşlarının sualları qarşısında ziddiyətli məlumatlar verib, bizneslə məşğul olan qadının gah başqa tanışı ilə görüşmək üçün Bakıda ondan ayrıldığını, gah qəza keçirdiyini , yaxud Moskvaya getdiyini bildirib. Hətta qadının qardaşlarından "Aygülün müalicəsi üçün "11 milyon təngə istəyib.
Proqramın ardınca Y.Yusifov polisə çağırılıb və orada ondan qazaxıstanlı qadının itkin düşməsi barədə ifadə alınıb. Məlumata görə polis idarəsində dindirilərkən bu şəxs özünü pəncərədən ataraq intihar edib. Polis şəxsin verdiyi ifadə əsasında qazaxıstanlı qadının meyitini Pirşağı qəsəbəsi ərazisindəki qamışlıqdan tapıb. Hamilə qadının öldürülməsi ilə bağlı cinayət işi qaldırılıb və araşdrmalar gedir.

Xatırladaq ki, bundan əvvəl Xoşqədəm öz şou proqramında Salyan rayonunda illərdir itkin düşmüş hesab edilən 4 bacının və analarının əslində qızların öz atası tərəfindən öldürülərək cəsədlərinin yaşadıqları evin döşəməsinin altında basdırıldığını üzə çıxarıb. "Səni axtarıram” proqramı daha bir neçə belə cinayətlərin üstünün açılmasına səbəb olub.
Saytlar yazır ki, qazaxıstanlı hamilə qadının Azərbaycanda tanışı tərəfindən öldürülməsi, daha sonra qatilin özünü polis şöbəsindən ataraq intihar etməsi hadisəsi şəxsən daxili işlər naziri Ramil Usubov tərəfindən nəzarətə götürülüb. Bu qətlin təhqiqatı ilə bağlı Xoşqədəm Hidayətqızının və onun proqramının texniki əməkdaşlarının da polisə çağırılaraq ifadələrinin alındığı xəbər verilir. Gözlənilir ki, tezliklə hüquq-mühafizə orqanları bu qətl və qətli törədən şəxsin intiharı ilə bağlı rəsmi məlumatla çıxış edəcəklər.
Virtualaz.org