Xoşqədəm transı məhkəməyə verir

Xoşqədəm transı məhkəməyə verir
Teleaparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə ona tənqidi şərh yazan Nura Paşayeva adlı transeksualı məhkəməyə verib.

Miq.az Lent.az
-a istinadən xəbər verir ki, aparıcı bu barədə status yazıb: "Bunun üçün trans olmaq xoşbəxtlikmiş. Axtarırıq, kimin bu şəxslə bağla məlumatı varsa, yazsın. İndi bunun yeni fotolarını da paylaşacam. Onun sponsorunun şəklini də tapıb, arvadına-uşağına deyəcəm".

Qeyd edək ki, X.Hidayətqızı ötən gün verilişində bildirib ki, ona tənqid yazanlar məhkəməlik olacaq: "Bu günə kimi yazılan heç bir tənqidi şərhlərə fikir verməmişəm. Amma bundan sonra belə olmayacaq. Bir kəlmə təhqir yazan adamı belə bağışlamayacam. Onu məhkəmədə diz çökdürəcəm. Üç oğul böyüdürəm. Məni, üzümü, ayağımı, apardığım verilişi sevməyə bilərsən. Amma ixtiyarınız yoxdur ki, oğlumun başını aşağı edəcək sözlər yazasınız”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az