YAP deputatlarını geri çəkdi: Milli Məclis buraxıldı - Təcili

YAP deputatlarını geri çəkdi: Milli Məclis buraxıldı - Təcili

Hakim Yeni Azərbaycan Partiyası Milli Məclisdə təmsil olunan deputatlarını geri çəkib.

Bu barədə Axar.az-a adının çəkilməsini istəməyən millət vəkili məlumat verib. Qərar YAP-ın bu gün keçirilən Siyasi Şurasında qəbul edilib.

Qərarın az sonra mediaya elan olunacağı gözlənilir.

Qeyd edək ki, qanunvericilliyə görə, parlament çoxluğu deputatlarını geri çəkərsə, yetərsay olmadığı üçün Milli Məclis özünü buraxmağa məcbur olacaq.

YAP parlamentdə 125 deputat yerindən 71-nə sahibdir. Hazırda onlardan bir neçəsi vəzifəyə təyin olunduğuna görə mandatdan imtina etsə də, YAP-ın parlamenti buraxmaq səviyyəsində (50%-dən çox) deputatı var.

Xatırladaq ki, sabah MM-in plenar iclası keçiriləcək və MM-in də sabah özünü buraxacağı ehtimal olunur.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az