Yaralı pilot MiQ-29 təyyarəsini Türkiyəyə NECƏ QAÇIRDI?-Kapitan Zuevi tanıyırsınızmı?
1989-cu il Soyuq müharibənin sona yetməsi dövründə Sovet aviasiya sənayesi MiQ seriyası ilə hava qüvvələrində güclü ölkələrə artıq rəqib idi. Həmçinin ABŞ hazırlanan MiQ-29 təyyarəsinin marağında idi. SSRİ isə təyyarənin gizli qalması üçün əlindən gələni edirdi. Təyyarənin möhtəşəmliyi bütün dünyaya bəyan olmağa yaranmışdı. Əgər hər şey məxfi saxlanırdısa, bu sirr dolu möcüzə ABŞ-a necə məlum oldu?
Sovet Hərbi Hava Qüvvələrinin donanmalarından biri Batumi yaxınlığındakı Tsxakaya hava bazasında yerləşdirilən 34-cü donanma idi. Bu donanmada xidmət edən pilotlardan biri 28 yaşlı kapitan Alexander Mixayloviç Zuev idi. Sovet hərbi mənbələrinə görə 25 yaşında komandirin qızı ilə evlənmişdi. O, əla performans göstərərək Aktyubinskdəki pilot məktəbinə müraciət etmiş, lakin qəbul edilməmişdi. Bundan sonra pilot rədd cavabı aldığına görə qaydalara tabe olmayan, intizamsız, etinasız sovet əsgəri kimi diqqət cəlb edirdi. Bəzi iddialara görə Zuev ailəvi problemlər yaşayırdı. Əlbəttə, bu da onun işinə təsirsiz qalmırdı. Onun tez-tez xidmətə içkili gəlməsi ilə əlaqədar bir çox uçuşdan məhrum edildiyi hallar da olmuşdu. Təbii ki, Zuevlə bağlı şayiələr bununla məhdudlaşmırdı. Rəhbərləri onu peşəsindən ayırmağı düşünürdülər.
Haqqında toplanan digər məlumatlara görə Zuev, pilot məktəbinə qəbul edilmədiyi üçün ABŞ-dan sığınacaq istəyi də yayılmışdı. Bəzən bu söyləntilər şişirdiləcək dərəcəyə qədər çatırdı. Bütün bu çətinliklər səbəbindən o, möhtəşəm plan ilə ağlında qurduğu qaçışını həyata keçirməyə qərara alır. Hazırladığı plana görə MiQ-29 təyyarələrindən birini götürəcək və Türkiyəyə qaçacaqdı. Onun fikrində ən yaxın uçuş nöqtəsi, mülki məqsədlər üçün istifadə edilən Trabzon hava limanı idi.
20 may 1989-cu il... Bu gün artıq Zuev planladığı qaçışını reallaşdırmaq niyyətindədir. Əvvəlcə, yuxu dərmanı əlavə olunan şirniyyat ilə içkilər götürüb, bazaya gedir. Onun məqsədi bazada xidmət edən növbətçi pilot və texnik yoldaşlarını yuxuya vermək idi. Bir neçə saat sonra, artıq onun komandası yatmışdı. Təbii ki, Zuev hər şeydən əmin olmaq istəyirdi. İlk olaraq siqnal mərkəzinə gələn telefon xətlərini kəsib, daha sonra pilot paltarını və kaskasını geyindi. Təyyarəni uçuş rejiminə hazır etdi. Elə bu zaman onu yeni bir növbətçi yoldaşı gördü. Normalda bu hazırlıqları texniklər etməli idi. Pilotun hazırlıq etməsi onu şübhələndirdi. Mühafizəçi Zuevə qışqırıb və ona tərəf qaçmağa başladı.
Bu zaman Zuev tapança çıxarıb mühafizəçiyə tərəf atəş açır. İki fərqli silahdan güllələr yağmağa başlayır. Mühafizəçini vuran Zuev, özüdə sol qolundan yaralanır. Kapitan Zuev vaxtının çox az olduğunu bilirdi. Onun təyyarəsi hava raketləri daşıyırdı. Başlıqları çıxarmadan dərhal mühərrikləri işə salıb, uçuşa qalxdı. Bu an onun düşüncələrində yalnız bir şey dolaşırdı: "Əgər onu tutsalar sonu necə olacaq?” Artıq hər şey gec idi... O, yalnız irəli baxmalıdır. Hər şey plana uyğun cərəyan edirdi. Zuevin enəcəyi ünvan Trabzon şəhəri idi. Hesablamalarına görə bir neçə dəqiqədən sonra, o Trabzona çatacaqdı. Özlüyündə əmin idi ki, hava limanına enəndə xilas olacaq.
Sovet aviasiyası qısa müddət ərzində qərar vermək üçün toplaşdı. Nəticədə, dərhal bir pilot digər MiQ-29-un mühərriklərini bazada işə salıb, Zuevi təqib etdi. Yaxınlıqdakı başqa bir aviabazaya həyəcan siqnalı verilmişdi. Daha iki MiQ-29 təyyarəsidə oradan çıxdı. Yerdəki bütün hava hücumundan müdafiə sistemlərinə xəbərdarlıq edildi. Hamı qaçaq MiQ-29 axtarırdı. Sovet Hərbi Hava Qüvvələri təyyarəni endirməyi əmrini vermişdi.
Kapitan Zuev isə bir neçə dəqiqə ərzində sovet hava məkanını geridə qoyub, Türk hava limanına girdi. O, təyyarədən enəndə güllə yarası almış qolunun vəziyyəti ağır idi. Təyyarə hava limanında olan qüllənin qarşısında eniş etmişdi. O vaxt uçuş olmadığından hava limanında heç kim yox idi. Yaralı pilot hava limanından çıxıb, bir taksi ilə xəstəxanaya gəldi. Artıq Türkiyə və Sovetlər birliyi arasında böyük bir siyasi böhran yaşanırdı. Trabzonda növbətçi vəzifəsini yetirən bir şəxs Ankara Esenboğa hava limanındakı, Hava Hücumundan Müdafiə mərkəzinə zəng etdi. Həyəcanlı şəkildə danışan növbətçi onlara deyirdi: "Burada bir rus təyyarəsi var!” "Bir hərbi döyüş təyyarəsi!” Bu həyəcan dolu sözlər hadisənin nə qədər təhlükəli olduğunu nəzərə çatdırırdı. Moskvada gizli olan təyyarənin pilot tərəfindən qaçırılıb, Türkiyəyə aparılması ciddi bir çaxnaşma yaratmışdı. Dərhal xəbərdarlıq verildi və təyyarənin geri qaytarılması tələb olundu. Həmçinin, Türkiyənin Moskvadakı səfiri Volkan Vural da Sovet Xarici İşlər Nazirliyinə çağırıldı.
Hər kəsin gözü təyyarədə idi. Həmin an MiQ-29-un təhlükəsizliyi qoruma altına alındı. Axtarış zamanı pilotun silahı idarəetmə oturacağında tapıldı. Bir prokuror da araşdırma aparmaq üçün xəstəxanaya göndərildi. Xəstəxanada müayinəsi edilən Zuev prokurora hadisəni izah edib, ABŞ-dan sığınacaq istədiyini bildirdi. Bundan sonra hadisələr daha da gərginləşirdi. ABŞ MiQ-29-u nəzərdən keçirmək istəyir, onu dərindən öyrənmək istəyirdilər. Səbirsizliklə gözlədikləri təyyarə indi onların ayaqlarına gəlmişdi. Moskva isə təyyarənin geri qaytarılmağının tələbini edirdi... İki böyük, güclü dövlətlərin arasında qalan Türkiyə isə sürətli qərar vermək məcburiyyətində idi.
Eskişehirdə birinci Hava Təyinat Mərkəzindən hərbi qrup quruldu və təcili vəziyyətdə Trabzona göndərildi. Eyni zamanda, Diyarbəkir bazasından da bir qrup araşdırma üçün Trabzona getdi. Danışıqlar davam edirdi, ABŞ-a təyyarəni araşdırmağa icazə verilmədi. Hər-halda bu qərar SSRİ-nin tələbi ilə qəbul edilmişdi. Razılaşamaya görə, pilotu ABŞ alacaq, təyyarə isə Moskvaya göndəriləcəkdi. Əlbəttə, bu anlaşnma 3 ölkə arasında qəbul edilən alternativ ssenarilərdən biri idi.
Danışıqlardan sonra təyyarənin geri qaytarılmasına qərar verildi. Həmçinin pilot Zuevin ABŞ-dakı sığınacağına yaşıl işıq yandırıldı. Ertəsi gün Sovet Hərbi Hava qüvvələrinə aid İlyuşin 76 tipli təyyarəsi ilə baxım qrupu və pilot Trabzona endi. Lakin, rusların təyyarəni geri qaytarmasına əvvəlcə icazə verilmədi. Bir neçə saat içində icazə Ankaradan verildi və təyyarə geri qaytarıldı. Bundan sonra, Sovet komandası MiQ-29-u texniki cəhətdən yoxlayıb, silahları beynəlxalq qaydalara uyğun olaraq sökdü. Türk Hava Qüvvələri təyyarələrinin müşayiəti ilə Sovet ittifaqına qayıtdı. Zuevin ifadəsi alındıqdan sonra, amerikalılar Sovet pilotunu ölkələrinə qəbul etdilər. Onun Türkiyədə bu sözləri yaddaşlara yazıldı: "Nəhayət, mən amerikalıyam!"
MiQ-29-un sirlərini Zuev amerikalılara söylədi. Təyyarənin yeni texnologiyaları olan görmə və atəş imkanları, hədəfi müəyyənləşdirmək, radar olmadan 10-15 mil izləmə imkanı verən infraqırmızı axtarış və lazer izləməsi kimi sistemləri müəyyən olunmuşdur. Kapitan təkcə MiQ-29 haqqında deyil, həmdə Koreyanın təyyarəsi qəzaya uğrayandan sonra Vyetnamda tutulan pilotlar haqqında da ətraflı məlumat vermişdi. Sovet KQB-si daim Zuevi axtarırdı. Bütün cəhdlər pilotu öldürmək üçün deyil, onu geri qaytarmaq məqsədi daşıyırdı. Lakin, pilot Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin güclü müdafiəsi altında qorunurdu. Ona yaxınlaşmaq belə mümkün deyildi.
Bəzi iddialara görə, Zuevin MiQ-29 haqqında söylədiyi sirlər Birinci Körfəz müharibəsi zamanı Amerikalı pilotlar tərəfindən tətbiq edildi. Bu hərbi döyüş təyyarəsinin sirlərinin açılması, İraq Hərbi Hava Qüvvələrinin zərərsizləşdirilməsində önəmli amil olmuşdu. Soyuq müharibənin bitməsi ilə Zuev daha rahat oldu. KQB-nin dağılması ilə əlaqədar Zuevin qorunması zəiflədi. Kapitan Zuev mülki pilot lisenziyasını alıb, müəllim kimi bu peşənin sirlərini öyrətməyə başladı. Sonralar bu hadisəni o, "Pilotun Sovet İmperiyasından qaçması” adı ilə kitab yazır.
Qaçışından 12 il sonra fəlakətli qəza ilə onun karyerası başa çatdı. 10 iyun, 2001-ci ildə Yak-52 tipli təyyarəni idarə edirdi. O,Vaşinqtonun Bellingham yaxınlığında idarəetməni itirərək, tələbəsi Jerry Varren ilə qəzaya uğradı. Hər ikisi həyatını itirdi. Macəralar dolu bir həyat yaşayan bu insan, əfsanə hekayə ilə adını əbədi tarixə yazdı.
Günay Arifqızı
Miq.Az