Yaxın günlərdə Azərbaycanda dağıdıcı zəlzələ olacaq? – Qurban Yetirmişlinin proqnozu

Yaxın günlərdə Azərbaycanda dağıdıcı zəlzələ olacaq? – Qurban Yetirmişlinin proqnozu

Son zamanlar istər ölkəmizdə, istərsə də regionda baş verən ardıcıl zəlzələlər əhali arasında təşvişə səbəb olub. Bir çoxu yaxın vaxtlarda Azərbaycanda güclü zəlzələlərin baş verəcəyini düşünürlər.

Mövzunu Globalinfo.az-a şərh edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin sözlərinə görə, zəlzələnin ard-arda baş verməsi geodinamik aktivləşmədən xəbər verir.

O, blokların hərəkətlərində sürətin artdığını bildirib:

"Tektonik qırılmalarda bu və ya digər blokların sürətlərinə görə orada gərginlik deformasiya olur, müəyyən dövrdə laylarda parçalanmalar gedir ki, bu da dalğa formasında bütün səthə yayılır”.

Q.Yetirmişli Azərbaycanda dağıdıcı zəlzələnin olma ehtimalından danışıb:

"Azərbaycanda vaxtilə dağıdıcı zəlzələ olub. Ən son belə zəlzələ ötən əsrin əvvəli, 1902-ci ildə Şamaxıda baş verib. Həmin zəlzələ çox böyük fəsadlar törədib, xeyli sayda insan tələf olub, hətta "Cümə məscidi” də zərər görüb. Ondan sonra Azərbaycanda bu cür dağıdıcı zəlzələ baş verməyib. Üstündən 122 il keçib, deyirlər, guya filan ildən sonra təkrarlanma olur və s. Amma bunlar nağıldır, heç kim xalqı çaşdırmasın! Yaxın zamanlarda Azərbaycanda katastrofik dağıdıcı zəlzələ olmayacaq. Xırda zəlzələlər olur, olmalıdır, olacaq da”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az