Yaxınları Permdə öldürülən tələbədən imtina etdi - VİDEO

Yaxınları Permdə öldürülən tələbədən imtina etdi - VİDEO
Permdə döyülərək öldürülən azərbaycanlı tələbə Hüseyn Mustafayev Azərbaycana gətirilərək dəfn edilib.

Miq.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə "Səni axtarıram" verilişində Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayevməlumat verib. Proqramda bu barədə geniş material efirə verilib.
Verilişin aparıcısı X.Hidayətqızı bildirib ki, ata-anasız böyümüş Hüseynin dəfnində yaxınlarından, doğmalarından heç kim iştirak etməyib. Hətta İsraildə yaşayan bacısı da dəfndə iştirakdan imtina edib. 
Qeyd edək ki, 27 yaşlı H.Mustafayev noyabrın 18-19-na keçən gecə  döyülüb və bir neçə gündən sonra vəfat edib. O, Permdəki Farmakoloji Akademiyanın tələbəsi olub.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az