Yazıçı-publisist Hacı Qəni Camalzadə ilə oxucularının Şamaxıda görüşü keçirildi

Yazıçı-publisist Hacı Qəni Camalzadə ilə oxucularının Şamaxıda görüşü keçirildi


04.06.2024- cü il tarixdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mərkəzi kitabxanasında yazıçı - publisist Hacı Qəni Camalzadə ilə oxucuların görüşü keçirildi.
    
Görüşdə yazıçı ilə yanaşı Xalq artisti, Prezident Təqaüdçüsü İlham Namiq Kamal, Əməkdar jurnalist  İdris Şükürlü, Yazıçılar İttifaqının üzvü, "Ekoloji xəbərçı" qəzetinin baş redaktoru Şahin Həmidli və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Şamaxı rayonu üzrə nümayəndə Rəfail Tağızadə iştirak edirdilər. 
  
Tədbirdə kitabxana əməkdaşları və oxuçularla yanaşı Şamaxı Dövlət Regional  Kollecin tələbələri yazıçının görüşünə gəlmişdilər. İlk öncə tədbiri MKS- nin direktoru Ərəsdun Xələfov açaraq  yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdi. Regional Mədəniyyət idarəsinin nümayəndəsi Rəfail Tağızadə qonaqları salamladı, tədbirin geniş əhəmiyyətindən söz açdı və gələçəkdə belə tədbirlərin mütəmadi xarakter almasını tövsiyyə etdi.
  
Yazıçı Qəni Camalzadə çıxışında yaradıcı yolu, əsərləri, ziyalı mövqeyi haqqında məlumat verdi, onu düşündürən məsələlər ətrafinda fikirlərini bölüşdü. Yaradıcılıq planları barədə danışdı.O,  bildirdi ki, bu cür görüşlərə xüsusi ehtiyac olduğundan davamlı olaraq yazıçılarımızın,  şairlərimizin, sənət adamlarımızın  oxucularla yaxından təmasına  xidmət edəcək layihələr həyata keçirilməli ədəbiyyatımızın, mənəviyyatımızın, bədii sözümüzün,  intellektimizin inkişafına təkan verəçək tədbirlər reallaşdırılmalıdır.
   
Digər qonaqların çıxışından sonra tədbir iştirakçıları yazıçının əsərləri haqqında fikirlərini bölüşdü,  oxuduqları əsərlərindən suallar ünvanladılar, maraqlı ədəbi müzakirədə iştirak etdilər.
  
Sonda yazıçı Q. Camalzadə iştirakçılara,  oxuçularla təşkil  edilən görüşə, haqqında deyilən xoş sözlərə və göstərilən diqqətə görə təşəkkürünü  çatdırıb, çıxışlarda ünvanına deyilən  səmimi fikirlərə, yaradıçılığına verilən yüksək qiymətə görə minətdarlığını ifadə etdi. İmzaladığı kitabları oxucularına bağışladı.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az