Yeganə balasını itirən ana hələ də oğlunun intiharına inanmaq istəmir
Gəncədə ali məktəbə daxil ola bilmədiyi üçün intihar edən 17 yaşlı Ruhin Bədəlov haqda yeni məlumatlar üzə çıxıb.
Yaxın
qohumunun məlumatına görə 1998-ci il təvəllüdlü,
Ruhin Mayıs oğlu Bədəlov imkanlı ailənin yeganə övladı olub. Onun atası
Gəncədə tanınmış zərgərdir.
Deyilənə görə, Ruhin çox sakit
təbiətli, mədəni, həyatsevər biri olub. Yeganə nəvə olduğundan nənəsi
həmişə onun yüksək ali təhsilli gənc olmasını arzulayıb. Bu səbəbdən o,
Ruhini "prezident balam” deyə çağırarmış. Ata-anası da Ruhinin ali
məktəbə daxil olması üçün illərlə ona təsir ediblər.
Nəhayət,
iyulun 25-də Azərbaycanda II və III ixtisas qrupları üzrə keçirilən
qəbul imtahanlarında Ruhin də iştirak edir. İmtahanların nəticələrini
böyük səbirsizliklə gözləyən Ruhin topladığı bal haqda xalası nəvəsinin
toyunda bilir - cəmi 200 bal. Bu nəticəni gözləməyən Ruhin anlayır ki,
ali məktəbə daxil ola bilməyib. Şahidlərin dediyinə görə, xəbərdən
sarsılan Ruhin dərin depressiyaya düşür, toyun yarısından çıxaraq
tələsik evə gedir və yaşadığı evdə özünü asaraq intihar edir.
Yeganə
övladlarının faciəsi ilə qarşılaşan ata və ana şoka düşürlər. Gəncin
intiharı hər kəsi sarsıdır, çalınan toy da yarımçıq saxlanılır. Beləcə,
iyulun 28-də 17 yaşlı Ruhin torpağa tapşırılır. Yeganə balasını itirən
ana hələ də oğlunun intiharına inanmaq istəmir.
Son günlər ali
məktəbə daxil ola bilmədiyi üçün intihar edən gənclərin sayı artıb.
İmtahanlarda yetərli nəticə göstərə bilməyən gənclər valideynlərinin,
yaxınlarının qınağına tuş gəlməmək üçün intihar edirlər. Psixoloqlar da
bildirirlər ki, valideynlər və cəmiyyət uğursuzluqla qarşılaşan gənclərə
hərtərəfli mənəvi dəstək versələr bu cür faciələr yaşanmaz.
musavat.com