Yeni elektrovozlar gətiriləcək
"Yaxın vaxtlarda Gəncəyə Fransa istehsalı olan yeni elektrovozlar gətiriləcək."
Vətəninfo.az-ın AZƏRTAC-a istinadla verdiyi məlumata görə, bu sözləri Gəncə Lokomotiv Deposunun rəisi Əsgər Şirinov deyib.
Depo rəisi bildirib ki, hazırda
Gəncə deposunda 10 ədəd V-8, 5 ədəd V-11, 9 ədəd V-10 tipli teplovoz var.
"Teplovozların hamısı demək olar ki, istismar müddətini başa çatdırıb.
Gəncə deposunu müasir elektrovozlarla təmin etmək məqsədilə Azərbaycan
Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə Fransa şirkəti arasında ilkin razılaşma əldə edilib. Həmin
razılaşmaya əsasən yaxın vaxtlarda Gəncəyə Fransa istehsalı olan yeni
elektrovozlar gətiriləcək”.

V-11 elektrovozu
Ümumiyətlə, Gəncə Lokomotiv Deposunda mövcud olan elektrovoz və
teplovozların əksəriyyəti keçən əsrin 60-cı illərindən qalıb və istismar
müddəti bir neçə dəfə başa çatıb. 2013 ildə isə Gəncə Lokomotiv
Deposuna
Rusiya istehsalı olan 14 "Vlon” markalı lokomotiv verilib.