Yeni ildən manat ucuzlaşacaq? - AÇIQLAMA

Yeni ildən manat ucuzlaşacaq? - AÇIQLAMA

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) növbəti faiz dərəcəsini açıqlayıb.

FES uçot dərəcəsini 0-0,25% səviyyəsində saxlayıb. Mövcud vəziyyət manatın gələcək mövqeyi ilə bağlı müzakirələrə səbəb olub.

Hər kəsi bir sual düşündürür ki, yeni ildən manat dollar qarşısında ucuzlaşa bilərmi?

Miq.Az xəbər verir ki, iqtisadçı-ekspert Eyyub Kərimli ARB-24-ə açıqlamasında FES-in uçot dərəcələrini qaldırmasının manatın məzənnəsinə birbaşa təsir etməyəcəyini deyib.

"Hazırda manatın mövqeləri sabitdir. Gələn il manatın zəifləməsinə elə bir təzyiqlər yoxdur. Lakin bu neftin qiymətində də asılı olacaq", - ekspert bildirib.
 


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az