Yeni ölümcül SİLAH: “Hədəfi 100 kilometr hündürlükdə vura bilir”
Yeni silahın dünyada analoqu yoxdur
"S-500 raketləri bu gün mövcud olmayan, amma yaxın 25 ildə peyda olacaq hədəfləri məhv etməyə hazırdır. Söhbət atmosferin ən üst qatlarından, açıq fəzaya keçən yerlərində hədəflərin məhvindən gedir”.
Rusiya dünyada analoqu olmayan zenit-raket kompleksinin hazırlandığını bildirir. İstiPress-in Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, S-500 zenit-raket kompleksi 100 kilometr hündürlükdə istənilən hədəfi vura biləcək. Bu barədə "Almaz-Antey” konserinin rəhbəri Pavel Soznikov deyib.
Bu raketlər nəinki ballistik, həm də aerodinamik raketləri, həm də qanadlı raketləri də məhv etmək qabiliyyətinə malikdir. S-500 raketləri 600 kilometr məsafəyə nəzarət edir və eyni zamanda 10 hədəfi məhv etmək özəlliyinə malikdir.
Miq.Az