Yeni müharibə başlayır? - Orduya əmr verildi

Yeni müharibə başlayır? - Orduya əmr verildi

Hökumət toplaşdı, açıqlama yaydı

Livanda mümkün İsrail hücumuna cavab vermək üçün orduya səlahiyyət verilib. Livan Ali Müdafiə Şurası İsrailin quru və dəniz sərhədlərindən edə biləcəyi hər hansı hücuma qarşı hazırlıqlara başlayıb.

Ölkənin prezidenti Mişel Avn, baş nazir Saad Hariri, baş qərargah rəisi Joseph Avn, nazirlərin yer aldığı Şura Beyrutda toplanıb. Livanın təhlükəsizliyi mövzusundakı toplantıdan sonra yayılan yazılı açıqlamada orduya tam səlahiyyət verildiyi elan edilib. 

Açıqlamada qeyd edilib ki, İsrailin Livanla sərhəddə inşaa edəcəyi divar ölkəyə qarşı bir hücum kimi qəbul edilir. "Livan bu divarın tikilməsinə mane olmaq üçün bütün tədbirləri görəcək, lazımi addımları atacaq".

BMT Livan sülh qüvvələri (UNIFIL) rəsmi nümayəndəsi Andrea Tenenti artıq divarın tikintisinin başladığını deyib. "Bu problemi həll etmək, münaqişələrin qarşısını almaq üçün hər iki tərəflə təmasdayıq". "Mavi xətt" adlandırılan Livan- İsrail arasındakı bölgədə UNIFIL-ə məxsus hərbi bazalar var. 

Xatırladaq ki, israilin müdafiə naziri bir neçə gün öncə Livanın neft-qaz axtarışına başladığı ərazi ilə bağalı qarşı tərəfə xəbərdalıq etmişdi. O, beynəlxalq şirkətləri bu axtarışa qatılmamağa səsləyib. "Livanın neft-qaz axtarmaq niyyətində olduğu 9. blok İsrailindir".

İki ölkə arasında 860 kvadrat kilometrlik ərazi ilə bağlı anlaşılmazlıq var. Hər iki ölkə əraziyə iddialıdır. /İstiPress/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az