Yeni qapılar açılır: Ərdoğandan tarixi səfər – Masadakı məsələlər

Yeni qapılar açılır: Ərdoğandan tarixi səfər – Masadakı məsələlər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Səudiyyə Ərəbistanına səfəri ilə iki ölkə arasında münasibətlərin əvvəlki məcrasına qaytarılacağı və yeni əməkdaşlıqlara qapı açılacağı gözlənilir.

Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində körfəz, Suriya və Liviya kimi regional məsələlərlə yanaşı, ikitərəfli münasibətlər də müzakirə olunacaq.

Bu kontekstdə Türkiyə və Səudiyyə Ərəbistanı arasında investisiya müqavilələri, enerji, neft-kimya, texnologiya, nəqliyyat, infrastruktur, səhiyyə, maliyyə, qida və kənd təsərrüfatı, müdafiə sənayesi kimi bir sıra sahələrdə əməkdaşlıq var. Bundan əlavə, Səudiyyə Ərəbistanının türk məhsullarına tətbiq etdiyi embarqonun Ərdoğanın Ər-Riyad səfərindən sonra ləğv ediləcəyi və türk şirkətlərinin Səudiyyə Ərəbistanında fəaliyyətlərini bərpa edəcəyi bildirilib.

İki ölkə arasında münasibətlərin normallaşması istiqamətində ilk addımlar Prezident Ərdoğanla Səudiyyə Ərəbistanı Kralı Salman arasında 2020-ci il noyabrın 21-də telefon danışığı zamanı ikitərəfli münasibətləri inkişaf etdirmək və problemləri həll etmək məqsədilə dialoq kanallarını açıq saxlamaq razılaşması ilə atılmağa başlayıb.

Ərdoğanla Səudiyyə kralı arasında ötən ilin noyabr ayında baş tutan telefon danışığından sonra İslam Əməkdaşlıq Təşkilatının Nigerdə ​​keçirilən toplantısında hər iki ölkənin xarici işlər nazirlərinin bəyanatları olub.

Xarici işlər naziri Mövlud Çavuşoğlu ötən il Səudiyyə Ərəbistanına səfər də edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az