"Yeniliklər edəcəyik" - Yeni İcra başçısından İLK AÇIQLAMA


İsmayıllı rayonuna icra başçısı təyin olunmağım gözəl hissdir.
Miq.Az xəbər verir ki, bunu azvision.az -a açıqlamasında İsmayıllı rayonunun yeni icra başçısı Nahid Bağırov deyib.

O bildirib ki, İsmayıllı rayonunda gözəl işlər həyata keçirəcək.

"İsmayıllı rayonu haqqında ancaq gözəl məlumatlar yayılacaq. Rayon hər zaman aktiv olacaq. Rayonda yeniliklər olacaq və daha da inkişaf edəcək”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev sərəncamı ilə Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az