Yevlaxda bank avtomobili qəzaya düşdü, ölən var

Yevlaxda bank avtomobili qəzaya düşdü, ölən var

Yevlaxda 2 avtomobilin toqquşması nəticəsində ölənin şəxsiyyəti dəqiqləşdirilib.

Miq.Az-ın məlumatına görə, ölən şəxs "Mercedes"in sürücüsü Yevlax rayonunun Aran qəsəbə sakini, 1995-ci il təvəllüdlü Əlizadə Fəxri Fəxrəddin oğludur.

Qeyd edək ki, hadisə rayonun Hürüuşağı kəndi yaxınlığında qeydə alınıb. "Hyundai-Sonata" markalı avtomobillə "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində F.Əlilli hadisə yerində ölüb. Daha iki nəfər isə xəsarət alaraq xəstəxanaya aparılıb. Qəzaya düşən avtomobillərdən birinin banka  məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az