Yığmamız yerində qaldı

Yığmamız yerində qaldı

Vətəninfo.az  xəbər verir ki, FİFA milli komandaların reytinq siyahısını açıqlayıb. Ötən ayla müqayisədə yığmamız mövqeyini doruyub. Komandamız komandamız 398 xalla 85-ci yerdədir. Ötən ayın 10-da da eyni göstəricilərə malik millimiz tarixinin ən yüksək nəticəsinə imza atmışdı. Siyahıda ciddi dəyişikliklərin olmamağı ötən müddətdə rəsmi matçların azlığı ilə bağlıdır. Azərbaycan yığması isə bu müddətdə meydana çıxmayıb.
Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindən İtaliya 1115 xalla 9-cu, Xorvatiya 871 xalla 20-ci, Norveç 551 xalla 55-ci, Bolqarıstan 460 xalla 73-cü, Malta 204 xalla 128-ci yerdədir. Ötən ayla müqayisədə rəqiblərimizdən biri  – Norveç 1 pillə irəliləyib, Malta isə 1 pillə geriləyib, digərlərinin mövqeyi dəyişməz qalıb.
Yoxlama oyunlarındakı rəqiblərimizdən 1015 xala malik ABŞ 1 pillə geriləyərək 14-cü yerə enib. 577 xala malik Özbəkistan isə 53-cü yerdə qalıb.  Yığmamız amerikalılarla mayın 27-də, asiyalılarla avqustun 20-də qarşılaşacaq.
Reytinq cədvəlinin ilk 3 pilləsində dəyişiklik olmayıb. İspaniya 1460 xalla 1-ci, Almaniya 1340 xalla 2-ci, Portuqaliya 1245 xalla 3-cü yerdədir.
 
Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az