Yol Polisi İdarəsinin maşını qəzaya düşdü - Sürücü sərxoş olub

Yol Polisi İdarəsinin maşını qəzaya düşdü - Sürücü sərxoş olub
Bakı şəhəri Xəzər rayonunda Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol-patrul xidmətinin avtomaşını qəzaya uğrayıb.

Miq.az SalamNews-a istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib. Belə ki, sürətlə hərəkət edən "Range Rover” markalı avtomobil arxadan yanacaq doldurmaq istəyən yol-patrul xidmətinin avtomobilinə çırpılıb.

Hadisə vaxtı xəsarət alan olmasa da, avtomaşınlara ciddi ziyan dəyib. Həmçinin "Range Rover” markalı avromaşının sürücüsünün orta dərəcəli sərxoş olduğu da məlum olub.

Yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalara başlanılıb və avtomaşınlar cərimə meydançasına aparılıb.

Faktı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov təsdiqləyib.
 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az