"Yolumuza davam edirik"

Rusiya deyir ki, Türkiyə Azərbaycanla Ermənistan arasındakı münaqişədə tərəf tutur. Əgər bu məsələdə tərəf tutan varsa, o da Rusiyadır.
Miq.az  report-a istinadən bildirir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli icra nümayəndələri ilə görüşündə deyib.

"Rusiya Gürcüstanda, Ermənistanda, Suriyada, Ukraynada da tərəf olub. Türkiyə olaraq bizim vəziyyətimiz çox fərqlidir. Bizim Azərbaycanla qardaşlığımız və qohumluq əlaqələrimiz var. Oralardakı hər ağrı-acı bizim də gözlərimiz yaşardır - Balkanlar, Qafqazlar və Krımdakı kimi. Oraları özümüzdən ayrı görə bilmərik. Oralardan gələnləri ölkəmizdə ağırlarıq.

Tariximizin, vicdanımızın, əcdadımızın, ağlımızınlar bizə göstərdiyi istiqamətdə yolumuza davam edirik", - Türk dövlətinin lideri vurğulayıb.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az