“YouthMUN-2015” konfransı başa çatıb

“YouthMUN-2015” konfransı başa çatıb

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT İnkişaf Proqramının təşkilati dəstəyi ilə “ADAMUN” klubunun təşkil etdiyi “YouthMUN-2015” konfransına yekun vurulub.

Konfransın açılış mərasimində Gənclər Fondunun və BMT-nin İnkişaf Proqramının rəsmiləri iştirak ediblər.

Çıxışlar zamanı BMT Modeli formatında gənclər üçün konfransların keçirilməsinin zəruriliyi qeyd edilib, gənc diplomatların hazırlanmasının, gənclərin beynəlxalq diplomatiya sahəsində təcrübə və biliklərinin artırılmasının prioritet olduğu vurğulanıb.

“Gənclər siyasəti” haqqında iştirakçıların hazırladıqları təqdimatları dinamik müzakirələr əvəzləyib. Qapalı və açıq şəkildə keçirilən müzakirələr zamanı iştirakçılar təhsil, məşğulluq, gənclərin qərarvermədə aktiv fəaliyyəti kimi məsələlərə həll yolları axtarıblar.

Tədbirin sonunda 3 fərqli nominasiyada ən yaxşı iştirakçılara hədiyyələr verilib. “Best Debutant” nominasiyasına Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi İbrahim Vəlizadə, “Master Rules of Procedure” nominasiyasına ADA Universitetinin tələbəsi Cumanazar Asanov və “Best Position Paper” nominasiyasına isə Azərbaycan Dillər Universitetinin tələbəsi İnci Nəbiyeva layiq görülüb.

Qeyd edək ki, “YouthMUN-2015” Konfransı “Universitet Tələbələri arasında BMT Modeli” layihəsi əsasında keçirilən simulyasiya oyunudur. Konfrans zamanı iştirakçılar hər biri müxtəlif dövlətin BMT nümayəndəsi rolunda çıxış edərək qlobal məsələlərin həll yollarını tapmağa çalışırlar.

AZƏRTAC



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az