Yunanıstanın bu cəhdləri uğursuz oldu - Ərdoğan

Yunanıstanın bu cəhdləri uğursuz oldu - Ərdoğan

Yunanıstanın Türkiyənin rəhbərlik etdiyi "Efes-2022" təlimlərini pozmaq cəhdləri uğursuzluqla nəticələnib.

Miq.Az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, "EFES-2022" təlimlərində 37 ölkənin nümayəndəsi iştirak edib, Afina onların yarıdan çoxunu manevrlərdə iştirak etməməyi xahiş edib:

""Efes-2022” təlimlərində iştirak edənlərin demək olar ki, heç biri, o cümlədən ABŞ, Yunanıstanın təlimlərdə iştirakdan imtina etmək çağırışına məhəl qoymayıb".

Türkiyə dövlət başçısı əlavə edib ki, "EFES-2022" təlimləri Türkiyə millətinin nəyə qadir olduğunu hamıya göstərib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az