Zakir Həsənov "Azərbaycan Ordusu"nun baş redaktorunu işdən çıxarıb
"Azərbaycan Ordusu" qəzetinin baş redaktoru polkovnik-leytenant İlham Behbudov vəzifəsindən azad olunub.
Yerli KİV-lər yazır ki, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Əmrə əsasən, Behbudov işdən çıxarılmaqla yanaşı, yaş həddinə görə Silahlı Qüvvələr sıralarından da ehtiyata buraxılıb.
Hələlik "Azərbaycan Ordusu" qəzetinə yeni baş redaktor təyin edilməyib. Bu vəzifənin icrası müvəqqəti olaraq kapitan Məhəmməd Nəsirliyə həvalə olunub.
Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər.