Zakir Həsənov bu polkovnik-leytenantı ordudan qovdu

Zakir Həsənov bu polkovnik-leytenantı ordudan qovdu

"Azərbaycan Ordusu" qəzetinin baş redaktoru polkovnik-leytenant İlham Behbudov vəzifəsindən azad olunub.

Miq.Az Report-a istinadən xəbər verir ki, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, İ.Behbudov işdən çıxarılmaqla yanaşı, Silahlı Qüvvələr sıralarından da tərxis olunub.

Hələlik "Azərbaycan Ordusu" qəzetinə yeni baş redaktor təyin edilməyib. Bu vəzifənin icrası müvəqqəti olaraq kapitan Məhəmməd Nəsirliyə həvalə olunub.

Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az