Təbrikdə deyilir:
"Hörmətli Böyük Vətən müharibəsi veteranları!
Sizi 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, hər birinizə səmimi salamlarımı çatdırıram.
Siz Qafqaz dağlarının ətəklərindən Berlinədək şanlı döyüş yolu keçmiş, qələbə naminə şəxsi rəşadət və şücaət nümunələri göstərmisiniz. İndi sizin sinənizi ölkənin ən yüksək orden və medalları bəzəyir. Harada, hansı cəbhədə vuruşmağınızdan asılı olmayaraq azərbaycanlı olduğunuzu heç vaxt unutmamış, xalqımıza həmişə başucalığı gətirmisiniz.
Qələbənin 70 illiyi ərəfəsində mən bir daha ömrü yarıyolda qırılan, müharibədə həlak olan silahdaşlarınızı hörmət və ehtiramla yad edir, onların müqəddəs ruhları qarşısında baş əyirəm.
Əziz veteranlarımız, Siz Böyük Vətən müharibəsi veteranlarının sonuncu mogikanlarısınız və yaşınızın 90-ı çoxdan haqlamasına baxmayaraq, ixtiyar çağınızda da gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində səylərinizi əsirgəmirsiniz.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Sizin xidmətlərinizi həmişə yüksək qiymətləndirib, Sizi xalqımızın qızıl fondu adlandırıb.
Siz daim ölkə rəhbərliyinin, prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmusunuz.
Arzu edirəm ki, bundan sonrakı ömür payınızı da nəvə-nəticələrinizlə birlikdə şad-firavan yaşayasınız. Qələbə gününü gördüyünüz kimi, nəvə-nəticələrinizin Qarabağdan qələbə müjdəsi gətirəcəyi günü görmək də Sizlərə qismət olsun!"
Vətəninfo.az
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər