Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev Şeyxə təbrik məktubu göndərib

Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev Şeyxə təbrik məktubu göndərib

Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrəzrətlərinə ad günü münasibəti ilə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
 
                                                      Bismillahir-Rəhmanir-Rəhim
                                                      Qafqaz Müsəlmanları İdarəsinin Rəisi
                                                      Şeyxülislam Allahşükür Paşazadə
                                                                Həzrətlərinə
                                          Əssalamu əleykum və rahmətullahi və bərakətuhu,
                                                   Möhtərəm Şeyxülislam Həzrətləri!
Mübarək Doğum gününüz münasibətilə Siz, hörmətli Şeyxülislam Həzrətlərinə öz səmimi təbriklərim və ən xoş arzularımı izhar etməkdən dərin məmnunluq duyuram.
Müqəddəs İslam dinimizin pak dəyərlərinin və əsl insanpərvərlik qayələrin fəal təbliğində, maarifçilik vasitəsilə cəhalətə qarşı mübarizədə, müsəlman Ümmətinin birlik və həmrəyliyinin möhkəmləndirilməsində göstərdiyiniz böyük səyləri və misilsiz əməli işlərinizi yüksək qiymətləndirir və hərtərəfli dəstəkləyirik.
Beləliklə, Yeni Özbəkistanda həyata keçirilən genişmiqyaslı islahatlar və köklü dəyişikliklər, özbək xalqı və dövlətlərarası münasibətlərimiz haqqında bildirdiyiniz müsbət rəylərinizi və duyduğunuz sonsuz hörməti yüksək qiymətləndirirəm.
Həyatınızın bu unudulmaz günündə, Uca Allah Təaladan Sizə uzun ömür, cansağlığı, xoşbəxtlik, qardaş xalqlarımız arasında dostluğun daha da möhkəmləndirilməsi istiqamətində nəcib və xeyirxah əməllərinizdə böyük uğurlar nəsib etməsini diləyirəm.
 
      Səmimi hörmətlə,
                                                                                                                                          Şavkat Mirziyoyev


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az