Özəl toxumçuluq fəaliyyətinə şəhadətnamə üçün elektron müraciət

Özəl toxumçuluq fəaliyyətinə şəhadətnamə üçün elektron müraciət

Bu xidmət ölkədə özəl toxumçuluq fəaliyyətinə şəhadətnamə verilməsi üçün aidiyyəti üzrə informasiya sistemlərinin formalaşdırılması və yaradılmasını, eləcə də qeyd olunan sahələr üzrə hüquqi və fiziki şəxslərin fəaliyyətlərinin hüquqi əsasının yaradılmasını əhatə edir.

Bu sahədə göstərilən elektron xidmət qismən avtomatlaşdırılıb. Özəl toxumçuluq fəaliyyətinə görə rüsum müəyyən edilməyib. Bu xidmətdən ölkədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, dövlət orqanları və digər aidiyyəti qurumları yararlana bilərlər.
Özəl toxumçuluq fəaliyyəti üzrə şəhadətnamənin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

a) Fiziki şəxslər üçün:

1.Ərazi Kənd Təsərrüfatı İdarəsinin və ya rayon (şəhər) İcra Hakimiyyətinin Kənd Təsərrüfatı Nazirliyinə təqdimat məktubu;
2.Kənd təsərrüfatı nazirinin adına ərizə;
3. Təsərrüfatın toxumçuluğa yarayıb-yaramaması barədə rayon dövlət toxum müfəttişliyinin rəyi;
4. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
5.Şəxsiyyət vəsiqəsinin surəti;
6.Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surəti və ya icarə müqaviləsinin surəti;
7.Təsərrüfatın 3 illik göstəriciləri;
8.Toxum istehsalı üçün dövlət standartlarına cavab verən anbarın, müvafiq maddi-texniki bazanın olması;
9. Karantin ekspertizasının şəhadətnaməsi.

b) Hüquqi şəxslər üçün:

1.Ərazi Kənd Təsərrüfatı İdarəsinin və ya rayon (şəhər) İcra Hakimiyyətinin Kənd Təsərrüfatı Nazirliyinə təqdimat məktubu;
2.Kənd təsərrüfatı nazirinin adına ərizə;
3.Dövlət qeydiyyatından keçmə haqqında şəhadətnamənin surəti;
4. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
5.Müəssisənin nizamnaməsinin surəti;
6. Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnamənin surəti;
7.Toxum istehsalı üçün dövlət standartlarına cavab verən anbarın, müvafiq maddi-texniki bazanın olması;
8.Şəxsiyyət vəsiqəsinin surəti;
9.Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surəti və ya icarə müqaviləsinin surəti;
10. Təsərrüfatın 3 illik göstəriciləri;
11.Təsərrüfatın toxumçuluğa yarayıb-yaramaması barədə rayon dövlət toxum müfəttişliyinin rəyi;
12.Bank rekvizitinin surəti;
13.Karantin ekspertizasının şəhadətnaməsi.

Ərizə forması xidmətin təqdim edildiyi internet ünvanından (http://www.agro.gov.az) yüklənərək doldurulur və müraciət edən tərəfindən imza ilə (hüquqi şəxs olduqda imza və möhür ilə) təsdiq edildikdən sonra digər sənədlərlə birlikdə poçt vasitəsi ilə Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunur.


Toxum istehsalçılarının dövlət reyestrinə daxil olması üçün təqdim olunan sənədlər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir,baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı tarixdən 15 gündən gec olmayaraq "Toxum Şurası” tərəfindən müvafiq qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə bu barədə müvafiq Ərazi Kənd Təsərrüfatı İdarəsinə və ya rayon (şəhər) İcra Hakimiyyətinə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan sonra sənədlər təkrar təqdim olunur və onlara 5 gün müddətində baxılaraq müvafiq qərar qəbul olunur.


Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Güzəran” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən həyata keçirilən "İri fermer təsərrüfatlarının elektron xidmətlərdən istifadəsinə yardım göstərilməsi” layihəsi çərçivəsində dərc olunub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az