Zelenski Bayraqdar-TB2 ilə bağlı: "Ordu lazım bildikdə..."

Zelenski Bayraqdar-TB2 ilə bağlı:

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Türkiyə istehsalı olan dronlarını (Bayraqdar-TB2) ilk dəfə Donbasda istifadə edilməsinin leqal olduğunu bəyan edərək Almaniya və Fransanın tənqidlərini qəbul etməyib.

Miq.Az xəbər verir ki, Ukrayna lideri Türk dronlarının istifadə edilməsinin müdafiə xarakterli olduğunu, atəşkəsi pozmadığını bildirib.

"Atəşkəs razılaşması çərçivəsində hərəkət edirik. Ukrayna bu formatda fəaliyyət göstərməyə davam edəcək. Ukraynadakı dronlar sadəcə müdafiə məqsədlidir. Ukrayna ordusu torpaqlarını müdafiənin lazım olduğunu hiss etdikdə bunu tətbiq edər”, - Prezident Zelenski bildirib.

Qeyd edək ki, Ukrayna ordusunun separatçılara qarşı dron istifadə etməsi Rusiya ilə yanaşı Almaniya və Fransanı da narahat edib. Paris və Berlin Ukraynada ağır silahların istifadəsinə başlandığını, bunun da atəşkəslə birlikdə yaxşılaşan ortama zərər verə biləcəyini qeyd edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az