"Zəngəzur” şadlıq sarayı bağlandı

Kütləvi zəhərlənmə ilə əlaqədar hadisənin baş verdiyi "Zəngəzur” şadlıq sarayı bağlanıb.
Vətəninfo.az xəbər verir ki bu barədə Movqe.az-a Respublika Gigiyena Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev məlumat verib.
 İ. Abdullayev bildirib ki, şadlıq evində baş vermiş kütləvi zəhərlənmə ilə əlaqədar hazırda labarotor müayinələr davam etdirilir. Şöbə müdiri bildirib ki, ilkin müayinələr zamanı hazır qidalarla bişməmiş qidaların  bir yerdə saxlanılması, hazırlandıqdan sonra çirklənməsi halları qeydə alınıb: "Məlum olub ki, şadlıq evində qidaların, hazırlanan yeməklərin saxlanılmasında gigiyenik və saxlanma qaydalarında kobud pozuntuya yol verilib".  

İ. Abdullayev günün sonuna qədər müayinələrin nəticələrinin bəlli olacağını söyləyib. 

Xatırladaq ki, Bakıda "Zəngəzur” şadlıq evində kütləvi zəhərlənmə baş verib. Avqustun 8-da Binəqədi rayonundakı "Zəngəzur” şadlıq evində keçirilən toy mərasimində baş vermiş zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq tibb müəssisələrinə müraciət ediblər. Müraciət edənlərlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər, onlara müvafiq tibbi yardım göstərilb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, hazırda 36 nəfərin müalicəsi davam edir, onlardan  bir neçəsi saat 12:00 radələrində evə buraxılacaq. Hazırda xəstəxanada müalicə alanlardan 15-i uşaqdır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az