Zibil qutusunu bayrağımızın rəngi ilə bəzəyən şirkət məhkəməyə verilir - Foto

Zibil qutusunu bayrağımızın rəngi ilə bəzəyən şirkət məhkəməyə verilir - Foto

"Moskvada "Mega” Ticarət Mərkəzində Azərbaycan bayrağı rəngində hazırlanan zibil qutuları hələ də yığışdırılmayıb. Bununla bağlı Ticarət Mərkəzinin rəhbərliyinə rəsmi müraciət etdik. Müraciətdə bildirdik ki, qısa müddətdə bu hal aradan qaldırılmasa məhkəməyə müraciət edəcəyik”. 

Miq.Az xəbər verir ki, bunu Modern.az-a Rusiyada yaşayan azərbaycanlı Daşqın Rəcəbli bildirib.
 
Daşqın Rəcəblinin sözlərinə görə, Ticarət Mərkəzinin girişinə bu şəkildə zibil qutularının qoyulması təsadüf ola bilməz: "Zibil qutusunun üstündə yazılmış "Цвет имеет значение” ("Rəngin əhəmiyyəti var”) yazısı bu hərəkətin təsadüfi olmadığını söyləməyə əsas verir. Bu yəqin ki, ermənilərin növbəti təxribatıdır. Əgər yaxın zamanlarda bu hal aradan qaldırılmasa, məhkəməyə müraciət edəcəyik”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az