Ziyalılar bu dəfə Prezident Administrasiyasının rəhbərinə müraciət etdilər: “Dövlət dilinə qarşı hörmətsizliyə son qoyulmalıdır”
Yüzlərlə ziyalı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevə müraciət ünvanlayıb. Müraciətdə deyilir:
Hörmətli Samir müəllim!
İctimaiyyətimizi, ziyalılarımızı narahat edən bir məsələ ilə əlaqədar Sizə müraciət edirik. Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlayıb. Azərbaycan prezidentinin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və "Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilib, dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılıb. Buna baxmayaraq, mükəmməlliyi, zənginliyi ilə seçilən ana dilimizin öz yurdunda hörmətsizliyə məruz qaldığını artıq görməmək olmur.
Ötən il yaradılmış "Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi Bakının mərkəzi prospekt və küçələrində bir neçə monitorinq keçirib. Təkcə Rəsulzadə küçəsində aparılan monitorinq zamanı məlum olub ki, ərazidəki 42 ticarət və xidmət obyektindən 40-da (!) Azərbaycan dilindən istifadə edilməyib. Çox təəssüf ki, Rəsulzadə küçəsi istisna deyil və aparılmış monitorinqlər digər ərazilərdə də utandırıcı vəziyyətin olduğunu təsdiqləyir. Belə ki, Cavid prospekti, Nizami küçəsi, Azərbaycan prospekti, Əziz Əliyev küçəsi və s. ərazilərdə reklam və lövhələrin 70-90 faizində dövlət dilindən istifadə edilməyib.
Hörmətli Samir müəllim!
Azərbaycan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması təsbit edilib (maddə 21). Bu, o deməkdir ki, istər dövlət, hökumət strukturları, istərsə də özəl sektor subyektləri vətəndaşlarla ünsiyyəti bu dildə qurmaldır. Ticarət və xidmət obyektləri vətəndaşlara xidmət edir, həmin obyektlərin üzərindəki yazı vətəndaşlarla ünsiyyət üçündür və bu ünsiyyət dövlət dilində olmalıdır.
Azərbaycan dilinin dövlət dili kimi ölkənin siyasi, ictimai, iqtisadi (ticarət və digər xidmətlər iqtisadi fəaliyyət sahəsidir), elmi və mədəni həyatının bütün sahələrində işlədilməsi qanunun tələbidir ("Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununun 1.2. maddəsi)
Yenə həmin Qanunda (maddə 17) dövlət dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının...” adında işlədilməsi tələb edilir. Eləcə də qanunda qeyd edilir ki. "göstərilən təsisatların adını əks etdirən lövhələr... dövlət dilində tərtib olunur”.
Yenə həmin Qanuna görə, "... bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır” (maddə 18.1.).
"Azərbaycan Respublikasında dövlət dili haqqında” AR qanununa (maddə 7.1.) əsasən, "Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”.
Hörmətli Samir müəllim!
Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarına, "Dövlət dili haqqında” Qanuna, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına etina edilməməsi, Bakının, eləcə də artıq digər şəhərlərimizin millilik elementlərinin get-gedə yoxa çıxması, ayrı-ayrı şirkətlərin öz biznes maraqlarını önə çəkib Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri, bəlkə də, birincisi olan dilimizi sıxışdırması heç cür qəbul edilə bilməz. Dil dövlətçiliyin mühüm atributlarından biri, mədəniyyətin mövcudluğunun şərti, onun yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktoru, eyni zamanda, təfəkkürün formalaşmasında və strukturlaşmasında mühüm rol oynayan bir təzahürdür. Bakının küçələrində müşahidə edilən dil mənzərəsi qeyd-şərtsiz mədəni-linqvistik ekspansiyadır və əsas məqsəd xalqın öz dövləti ilə identikləşmə mexanizmlərini zəiflətməkdir.
Yuxarıda sadalananlar həm də dövlətimizin rəsmi azərbaycançılıq ideologiyası ilə daban-dabana ziddir. Sanki bu təhdid nəzərə alınaraq hələ 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında qeyd edilirdi: "Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin Azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir”.
Hörmətli Samir müəllim!
Bundan əvvəl eyni mövzuda Azərbaycan Yazıçılar Birliyinin sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizova, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya edilən müraciətlərimiz bir nəticə verməyib. Ən yaxşı halda məktubumuz Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə göndərilib. Aradan keçən bir ilə yaxın müddətdə müşahidələrimiz belə bir qənaət yaradıb ki, bu qurum deyilən problemi həll etmək iqtidarında və ya marağında deyil.
Deyilənləri nəzərə alaraq, dövlətinə, xalqına, onun dəyərlərinə bağlı bir şəxs kimi səlahiyyətlərinizdən istifadə edərək müvafiq tədbirlər görməyinizi, eləcə də dövlət dili haqqında qanunun tələblərinə əməl edilməməsi barədə əlavə məqamlara aydınlıq gətirilməsi üçün müraciəti imzalayanlardan bir neçə nəfəri şəxsən qəbul etməyinizi xahiş edirik.
Hörmətlə
İmzalar:
Solmaz Rüstəmova-Tohidi, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, professor
Xəlil Yusifli, Əməkdar elm xadimi, professor
Fəxrəddin Veysəlli, filologiya elmləri doktoru, professor, AMEA Nəsimi adına Dilçilik İnstitutunun sabiq direktoru
Qəzənfər Kazımov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, Əməkdar elm xadimi, professor
Qara Məşədiyev, AMEA Nəsimi adına Dilçilik İnstitutu, professor
Aida Qasımova, Bakı Dövlət Universiteti, "Ərəb filologiyası” kafedrası, professor
Zümrüd Dadaşzadə, Bəstəkarlar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, professor
Fazil Mustafa, millət vəkili
Buludxan Xəlilov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor
Mənsim Məmmədov, fizika-riyaziyyat elmləri namizədi, BAAU-nun professoru
Mayıl Əsgərov, filologiya elmləri doktoru, professor
Ədalət Tahirzadə, Bakı Avrasiya Universiteti, professor
Gülzar İbrahimova, siyasi elmlər doktoru, professor
Tərlan Quliyev, filologiya elmlər doktoru, Bakı Musiqi Akademiyası, professor
Seyfəddin Rzasoy, AMEA Folklor İnstitutunda şöbə müdiri, filologiya elmləri doktoru, professor
Könül Bünyadzadə, AMEA-nın müxbir üzvü, Amerika Fəlsəfə Assosiasiyasının və UNESCO nəzdində Filosof Qadınlar Cəmiyyətinin üzvü, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti
Qorxmaz Quliyev, filologiya üzrə elmlər doktoru, professor
Məzahir Ertuğ Avşar, Antalya Ağdəniz Universiteti, professor, rəssam
Toğrul İsmayıl, Kahramanmaraş Şütcü İmam Üniversiteti, professor
Tahirə Allahyarova, professor.
Rafiq Yusifoğlu, şair, ədəbiyyatşünas, professor
Kamil Bəşirov, filologiya elmləri doktoru, ADPU, professor
Xaləddin İbrahimli, professor
Esmira Fuad, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsini aparıcı elmi işçisi, dosent
Əkrəm Bağırov, AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
Səidə Qafarova, ADU, dosent
Aygün Kərimova, Bakı Dövlət Universiteti, fəlsəfə kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru
Şəkər Orucova, AMEA İ.Nəsimi adına Dilçilik İnstitutu, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, dosent
Səadət Şıxıyeva, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent
Elmira Məmmədova-Kekeç, AMEA Şərqşünaslıq İnstitutu, dosent
Könül Hacıyeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
Aybəniz Rəhimova, filologiya üzrə fəlsəfə doktoru, dosent
Afaq Yusifli, filologiya üzrə fəlsəfə doktoru, dosent
Güldəniz Qocayeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent
Afina Məmmədli, filologiya üzrə fəlsəfə doktoru, dosent
Mütəllim Rəhimov, fəlsəfə elmləri namizədi, dosent
Əjdər Yunusov, tarix elmləri namizədi, dosent
Seyfəddin Altaylı, dosent
Ədalət Abbasov, filologiya üzrə fəlsəfə doktoru, dosent
Pərvanə Məmmədli, fəlsəfə doktoru, dosent, ədəbiyyatşünas
Aybəniz Kəngərli, filologiya elmləri doktoru
Natella Quliyeva, Bakı Avrasiya Universitetində dekan müavini, dosent
Salman Süleymanov filologiya üzrə fəlsəfə doktoru, dosent
Zəhra Allahverdiyeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, dosent
Dilşad Veysəlova, filologiya üzrə fəlsəfə doktoru, dosent
Alı Balayev, AMEA Tarix İnstitutu, tarix üzrə fəlsəfə doktoru, dosent
Kəmalə Qəhrəman, BDU, dosent
Əlövsət Allahverdiyev, hüquq üzrə fəlsəfə doktoru, dosent
Elza Mollayeva, BDU, "Pedaqogika” kafedrasının dosenti
Məmmədəli Babaşlı, AMEA Şərqşqnaslıq İnstitutu Şərq-Qərb şöbəsinin müdiri, dosent
Səadət Kərimi, İsveç Umea Universitetində elmi işçi və lektor/dosent
Nuridə Novruzova, Bskı Slavyan Universitetinin dosenti
Şəhla Məcidova, filologiya üzrə fəlsəfə doktoru
Şəlalə Mahmudova, ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru
Ramazan Qafarlı, filologiya elmləri doktoru
Şükür Mustafa, kimya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim
Dilrüba Cəfərova, filologiya üzrə fəlsəfə doktoru
Aygün Həsənoğlu. Yazıçı-dramaturq, filologiya üzrə fəlsəfə doktoru
Ruslan Abdullayev, dosent, filologiya üzrə fəlsəfə doktoru
Yeganə Hüseynova, Gəncə Dövlət Universiteti, müəllim, filologiya üzrə fəlsəfə doktoru
Hafiz Rüstəm, şair-publisist, şərqşünas
Araz Qurbanov, jurnalist
Səhər Əhməd, şair
Qurban Yaquboğlu, yazıçı, AYB üzvü
Sevinc Nəzərli, İsveç Azərbaycan Dram Teatrının bədii rəhbəri
Sona Cabbarzadə. AMEA Əlyazmalar İnstitutunun əməkdaşı
Yeganə Məmmədova, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü
Jalə İsmayıl, redaktor
Vasif Sadıqlı, "Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri
Çiçək Hüseynova, Bakı Avrasiya Universiteti, müəllim
Mirzə Ənsərli, AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi
Aynurə Əliyeva, ADPU-da müəllim
Şəfayət Avılbəyli, Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi
Rəna Bağırova, Müdafiə Sənayesi Nazirliyi, Aerokosmik agentlikdə aparıcı elmi işçi
Zəminə Rüstəmbəyli, türkoloq
Turanə Zeynalova, Bakı Avrasiya Universitetində müəllim
Sevinc Talıbova, Bakı Avrasiya Universitetində müəllim
Əlirza Balayev, əməkdar jurnalist
Əlövsət Əmirbəyli, Xəzər universiteti, İctimai əlaqələr və media üzrə direktor
Mehriban Sərdarova, ADPU, Elmi-Tədqiqat Mərkəzinin kiçik elmi işçisi
Nəriman Əbdülrəhmanlı, yazıçı
Sülhiyyə Musaqızı, yazıçı-jurnalist
Gülyaz Əliyeva, "Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədr müavini
Pərvanə Bayramqızı, yazıçı
Afiq Muxtaroğlu, AYB üzvü, Niderland Krallığı
Ayaz İmranoğlu, "İnamın gəlişi" qəzetinin baş redaktoru
İlqar Türkoğlu, AYB və Dünya Türk Yazarlar Birliyinin üzvü
Mahir Qafarov, rejissor
Şeyda Nəsibli, jurnalist
Xanoğlan Əhmədov, "likxeber.org” saytının baş redaktoru
Rəsul Mirhəşimli, "avropa.info” saytının baş redaktoru
Rəfael Tağızadə, şair-publisist
Gülnarə Rəfiq - "Konservatoriya” elmi jurnalının məsul katibi, "Tərəqqi” medalı laureatı
İsmayıl Tanrıverdi, BDU-nun Erməni Araşdırmaları Mərkəzinin direktoru
Zaur Usrac, yazıçı
Nadir Qocabəyli, yazıçı
Aygün Mirzəyeva, ingilis dili müəllimi
Pərvanə Qədirova, müəllim
Həcər Paşayeva, müəllim
Cahan Quliyeva
Könül Aydın, filoloq
Məhsəti Şərif, jurnalist
Fizzə Heydərova, jurnalist
Elmira Cəfərqızı, filoloq
Vüsalə Məmmədli, müəllim
Etibar Sadiqov
Ismayıl Məmmədov, Lerik Rayon Mədəniyyət Mərkəzinin metodisti
Vəfa Ibrahimli, Azərbaycan dili və ədəbiyyat müəllimi
Sevil Gültən, tərcüməçi
İlyas Babaşzadə, mühəndis
Aynur Bəşirova, Azərbaycan dili və ədəbiyyat müəllimi
Səbinə İmanova, müəllim
Nabat Abdullayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
Məleykə Əliyeva, müəllim
Xanımgül Həsənova, müəllim
Vaqif Osmanov, hidrometeoroloq
Nərmın Qasımova, müəllım
Gülçöhrə Xəlilova, Azərbaycan dili və ədəbiyyat müəllimi
Səadət İsmayılova, Azərbaycan dili və ədəbiyyat müəllimi
Mustafakamal İslamov, mühəndis
Firuz Cəfərli, iş adamı
Aida İskəndərova, Azərbaycan dili və ədəbiyyat müəllimi, "Tərəqqi”medalı laureatı
Esmira İsmayılova, jurnalist
Sürəyya Zeynalova, Azərbaycan dili və ədəbiyyat müəllimi
Əminə Mərdanova, təqaüddə olan həkim
Zahir Cövziyev, mühəndis
Sürəyya Allahverdiyeva, təqaüdçü
Asif Abbaslı, Azərbaycan dili və ədəbiyyat müəllimi
Famil Cəfərli, jurnalist
Aygül Şərifova, Azərbaycan dili və ədəbiyyat müəllimi
Anar Mahmudov, tərcüməçi
Zeynəb Qurbanlı, tələbə
Zümrüd Məmmədzadə, Quba ş. H. Əliyev adına 1 saylı tam orta məktəb, Azərbaycan dili və ədəbiyyat müəllimi
Mətanət Paşayeva, Elmi Kardiologiya İnstitutunda elmi işçi, dissertant həkim, kardioloq-reanimatoloq
Zoya Məmmədova, pensiyaçı müəllim
Sima Cəfərova, Bakı Avrasiya Universitetində kitabxana və informasiya mərkəzinin müdiri
Rafiz Kərimov, mühəndis, təqaüdçü
İsa Mehralıyev, "Kriogen” MMC-də baş mühəndis
Zakir Cəfərov, mühəndis, təqaüdçü
Məftunə Kərimova, orta məktəbdə direktor müavini
Sahirə Məmmədova, Füzuli rayon 27 nömrəli orta məktəbin direktoru
Şəfiqə Əhmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi
Sakitə Qulamova, Azərbaycan dili və ədəbiyyat müəllimi.
Elsevər Hüseynoğlu, materilaşünas mühəndis
Təravət Məmmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi
Elxan Ağayev, Azərbaycan dili və ədəbiyyat müəllimi
Siddiqə Rüstəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi.
Aynur Ələkbərova, Azərbaycan dili və ədəbiyyatı müəllimi.
Həsən Əliyev, təqaüdçü müəllim
Aybəniz Zeynalova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
Gülnar Xəlilova, təqaüdçü həkim-pediatr
Rəmzi Sadıqlı, mühəndis
Haşım Əkbətov, həkim
Şakira Bədəlova, təlim-tərbiyə üzrə direktor müavini
Leyli İsmayılova, Azərbaycan dili və ədəbiyyat müəllimi
Şəhla Soltanova, Azərbaycan dili və ədəbiyyat müəllimi
Aytəkin Axundzadə, Azərbaycan dili və ədəbiyyat müəllimi
Səkinə Novruzova, Azərbaycan dili və ədəbiyyat müəllimi
Validə Məmmədova, müəllim , kitabxanaşünas biblioqraf
Təhminə Əsgərli, Azərbaycan dili və ədəbiyyat müəllimi
Aysel Xanaliyeva, Təhsil İnstitutunun aparıcı mütəxəssisi, filoloq
Firəngiz Əsgərzadə, təqaüdçü
Səhlədar Hidayətoğlu
İbrahim Babayev, iqtisadçı-mühəndis
Əbilov Təmşiət, Azərbaycan dili və ədəbiyyat müəllimi
Röyadə Musayeva, ibtidai sinif müəllimi
Qaraş Əkbərov, Azərbaycan dili və ədəbiyyat müəllimi
Xatirə Məmmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi
Rəvanə Sadıqlı, Azərbaycan dili və ədəbiyyat müəllimi
Aygün Əliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
Aynur Rüstəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi
Vəfa Hətəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi
Məmməd Məhəmmədov, riyaziyyat müəllimi
Məmmədağa Nuriyev Azərbaycan dili və ədəbiyyat müəllimi
Ramil Tanrıverdi, tarix müəllimi
Azər Quliyev, Azərbaycan dili və ədəbiyyat müəllimi
Mir Nazim Mirişov, politoloq
Aytac Əliyarlı, Azərbaycan dili və ədəbiyyat müəllimi
Aysel Tahirzadə, tarix müəllimi
Şəmsiyyə İbadova, fizika müəllimi
Zümrüd Quliyeva, riyaziyyat müəllimi
Məleykə Mehdiyeva, informatika müəllimi
Ülviyyə Hüseynova, müəllimi
Vüsalə Musayeva, ingilis dili müəllimi
Gülnar Əzimova, informatika müəllimi
Gülşən Hüseynova, rus dili müəllimi
Gülgün Rzayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
Aygül Rüstəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi
Nuriyyə İsmayılova, Azərbaycan dili və ədəbiyyat müəllimi
Böyükxanım Qarayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
Bahar Ağayeva, filoloq
Natəvan Rzayeva, filoloq
Məlahət Mustafayeva, filoloq
Rasimə Ağamalıyeva, filoloq
Məryəm Quliyeva, ingilis dili müəllimi
Sevda Mustafayeva, filoloq
Töhfə Bilalova, kimya müəllimi
Mahirə Məmmədova, ingilis dili müəllimi
Nərminə Məmmədova, filoloq
Səadət Ələsgərova, filoloq
Firəngiz İmanova, filoloq
İradə Əmrahova, filoloq
Zinyət Ağaşirinova, filoloq
Xurşud Rüstəmova, ingilis dili müəllimi
Şamaxı Cəbiyeva, ibtidai sinif müəllimi
Əntiqə Həsənova, ingilis dili müəllimi
Aida Rzayeva, ibtidai sinif müəllimi
Tünzalə Mahmudova, filoloq
Sədaqət Salayeva, fizika müəllimi
Arzu Məcidova, riyaziyyat müəllimi
Şükufə Cəbiyeva, riyaziyyat müəllimi
Mətanət Əliyeva, tarix müəllimi
Xalidə Həsənova, əmək müəllimi
Pəri Mehrani, filoloq
Səidə Sideifzadə, filoloq
Afaq Qəmbərova, jurnalist
Səxavət Tağlar, Azərbaycan dili və ədəbiyyat müəllimi
Ruslan İbayev, Azərbaycan dili və ədəbiyyat müəllimi
Könül Aydın (Mingəçevir), Azərbaycan dili və ədəbiyyat müəllimi