“Özü iki dəfə...” – Paşinyandan Ter-Petrosyana şok ittiham

“Özü iki dəfə...” – Paşinyandan Ter-Petrosyana şok ittiham

"Ermənistanın baş naziri digər siyasətçilərin açıqlamalarına baxmayaraq heç yerə getməyə hazırlaşmır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın bəyanatını şərh edərkən söyləyib.

"Levon Ter-Petrosyan karyerası ərzində iki dəfə əla qaçış nümunələri nümayiş etdirib. Mən qaça biləcək insana bənzəyirəm? İnsanlar məni vuracaqlarına qərar verərlərsə, itaətkarlıqla divarın önündə dayanacağam. Heç kim xalqın verdiyi qərardan qaçacağımı düşünməsin”, - Paşinydan bildirib.

Levon Ter-Petrosyan bundan əvvəl daxili siyasi böhrandan çıxmağın yeganə yolunun Nikol Paşinyanın dərhal istefası olduğunu bildirmişdi. Keçmiş dövlət başçısına görə, Paşinyana xaricdə müvəqqəti sığınacaq tapması üçün toxunulmazlıq zəmanəti verilməlidir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az