Xəbər verdiyimiz kimi, Azərbaycan telekanallarında əcnəbi serialların yayımı üçün Milli Televiziya və Radio Şurasının (MTRŞ) qoyduğu müddət bu gün başa çatır. Sabahdan ölkə telekanallarında əcnəbi serialların yayımı dayandırılacaq.
“Space” televiziyası isə Azərbaycanda izlənmə rekordu qıran “Bu zalım dünyada doğulma!” serialını fərqli formatda təqdim edəcək.
Kanal, sabahdan etibarən “Kim haqlıdır?” adlı televiziya layihəsinə başlayır. Mənbənin sözlərinə görə, həftə içi hər gün “Bu zalım dünyada doğulma!” serialının saatında yayımlanacaq verilişin aparıcısı Mikayıl Güləddinoğludur.
Verilişin formatı isə, sırf serialın üzərində qurulub. Verilişdə, Amaci və Siyanın azərbaycanlı vəkilləri olacaq. Hər verilişdə serialın yeni bölümündən sujetlər veriləcək və burada kimin haqlı olub-olmaması müzakirə ediləcək. Tamaşaçılar da burada aktiv iştirak edə biləcəklər. SMS-lər vasitəsi ilə serialın unudulmaz qəhrəmanları Amaci və ya Siyanın haqlı olub-olmamasını müəyyənləşdirəcəklər.
Qeyd edək ki, Amacinin vəkili Mehriban Xanlarova, Siyanın vəkili isə Könül Yusifqızıdır.
Məsələ ilə qarşı tərəfin fikrini verməyə çalışdıq. Lakin dəfələrə “Space” ilə əlaqə saxlasaq da, rəhbərlikdən heçkim yerində olmadı.
Oral MƏDƏNÇİ
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?