“Məşhur bir xanımımız mənə verilişdən sonra hədə-qorxu gəldi, sonra da üzr istədi”
“Veteninfo.az” yeni bir layihə - “Özümüzünkülər” ilə görüşünüzə gəlir. Bəli, adından göründüyü kimi, bu layihədə jurnalist həmkarlarımızı sizə daha yaxından tanıdacağıq.
Onu çoxları kimi mən də efir vasitəsilə tanıyırdım. Söhbət “Xəzər” televiziyasında efirə gedən “Həyata baxış” verilişinin aparıcısı Ramal Hüseynovdan gedir. Belə deyirlər ki, birini yaxından tanımaq istəyirsənsə yol yoldaşı ol, evinə qonaq get. Biz isə yolumuzu Ramal Hüseynovanın evinə yox, gününün əksər hissəsini keçirdiyi “Xəzər” tv-yə saldıq.
-Ramal bəy, veriliş aparıcısı olmaq çətin deyilki?
- Kənardan asan görünə bilər, amma bizim işimiz asan deyil.
-Necə oldu ki, bu peşəni seçdiniz?
-Jurnalistikaya ilk dəfə gələndə dərk etmirdim ki, bu maraqdır yoxsa başqa bir şey. İlk işimə “Sara” televiziyasından başlamışam. Jurnalist olmaq əmək sərf etmək deməkdir. Düşünürəm ki, mən bu yerə böyük əmək sərf etməklə gəlib çıxmışam. Belə də deyərdim ki, tale belə gətirdi ki, mən jurnalist oldum.
-Talehə çox inananlardansınız deyəsən?
-Təbii. Mən qismətə çox inanıram.
-Bəs, verilişə insanları çağıranda necə?
-Efirə təsadüfi insanları çağırmırıq. Ambisiyaları nədir, cəmiyyətdə tutduqları mövqe nədən ibarətdir bütün bunlar mütləq nəzərə alınır. Elə insanlar var ki, efirə populyar olmaq naminə gəlmək istəyir. Verilişdə əsas məqsəd sırf danışmaq deyil, mövzuya fərqli yanaşmaqdır. Odur ki, ağıllı insanlar bu verilişə dəvət olunur.
-Bizim əksər verilişlərimiz dünya televiziyalarında efirə gedən verilişlərə bənzəyir. “Həyata baxış” necə, sizə hansı verilişi xatırladır?
-Tok-şou layihəsi heç kimə məxsus deyil, bu bütün dünyada var. Yəni hər hansı mövzunun müzakirəsi hər yerdə var. Sadəcə aparıcının fərqli tərəfləri, fərqli yanaşmasının olması vacibdir. “Həyata baxış” Ramalın ideyasıdır deyə bir şey yoxdur. Bu televiziyanın layihəsidir. Cəmiyyətin müəyən problemlərini həll etməyə çalışan bir layihədir. Amerika, Türkiyə, Rusiya kimi ölkələrdə ,gündəmdə olan ictimai-sosial məsələləri işıqlandırmaq üçün xəbər törəmə proqramları mövcuddur. Əgər cəmiyyət varsa, cəmiyyətdə vətəndaşlar varsa, problemlərin olması mütləqdir. Bizim proqramın dili ola bilsin ki, hansısa dünya kanalında olsun. Amma, hər bir kanal özünün müzakirə proqramını yaradanda, onu özünəməxsus formada canlandırmağa çalışır.
-Mövzu seçərkən ilk növbədə kim haqqında düşünürsünüz?
-Verilişdə mövzunu xüsusən gəclərə uyğun şəkildə seçməyə çalışırıq. Lakin gələcəkdə proqramın əhatə dairəsinin genişlənməsi nəzərdə tutulur.
-Elə bir vaxt olubmu ki, verilişə görə hansısa təzyiqlərə məruz qalasınız?
- Belə hallar əlbəttə ki, çox olur. Müzakirə varsa, mübahisə də olmalıdır. Mübahisə olmasa, məsələnin dərinliyinə varmaq olmaz. Bir dəfə film hazırlamışdıq. Dövlət Qurumunun mətbuat xidmətinin rəhbəri mənə zəng edərək hədələdi ki, həmin film efirə getsə başqa cür olacaq.
Təbii ki, bütün bunlara fikir vermədim və həmin film efirə getdi. Bir dəfə məşhur bir xanımımız da mənə verilişdən sonra hədə-qorxu gəldi. Və sonra da üzr istədi.
Təəssüfki, bizim vətəndaşlarımız açıq müzakirəyə hazır deyillər. Əksər ölkələrin kanallarında bu tip verilişləri çox maraqla izləyirlər. Çünki həmin verilişlərdə insanlar kompleks hissindən uzaq olurlar. Lakin özümüzə gəldikdə insanlarımız həqiqəti deməkdən qaçır. Düşüncələrini gizlədir, səmimiyyətini itirir. Əksər qonaqlarımız olur ki, efirə gələn kimi özlərini yığırlar, olduğu kimi yox süniləşərək hər hansı problemi müzakirə edirlər. Bu olduğu müddətdə bizdə heç bir veriliş səmərəli alınmır. Mən bacardığım qədər çalışıramki, dəvət etdiyim insanları süni abu-havadan çıxarım.
(Müsahibimin saqqızı diqqətimdən yayınmadı)
-Heç olubmu ki, efirə saqqızla çıxasınız?
- (gülür.)Yox belə bir vəziyyət baş verməyib. Saqqızı verilişdən əvvəl çeyniyirəm ki, çənəm açılsın. Amma bir dəfə efirdə belə bir hadisə olmuşdu. Qonaqlarımdan biri canlı efirdə saqqız ağzında oturmuşdu. Efirə zəng edən tamaşaçılar iradını bildirdikdən sonra, biz bunun fərqinə vardıq.
-Hansı mövzularda apardığınız veriliş daha çox hay-küyə səbəb olub?
-Elə verilişlər çox olub əslində . Reklam fasiləsi olan kimi qonaqlar bir-birilə savaşa çıxıb.
-Qalmaqaldan qorxmursunuz ki?
-Yox, niyə qorxmalıyam? Veriliş şəxsi zəmində olmadığı üçün biz insanların bir –birlərilə dalaşmasına çalışmırıq. Bizim verilişimizdə fikir savaşı olur. Kimsə özünə bəraət qazandırarkən əlində faktı varsa, artıq bu müzakirədən qalib çıxmış olur. Qalmaqal da elə bu səbəbdən yaranır.
“Gözümü yumub-açıram, həftə bitir”. (Yenə gülür)
-Elə hal olubmu canlı efirə çağırdınız qonaq üzünüzü qara etsin?
- Elə deputatlarımız varki, adı var, özü yoxdu. Milli Məclisin vəkilli, xalqın vəkilidir. Lakin elə deputatlarımız var ki, ətrafında heç kimi görmək istəmir. Canlı efirə çağırırsan, başqaları ilə birlikdə gəlmək istəmədiyini deyir.
(Facebook sosial şəbəkəsindən gözünü ayırmayan müsahibim sualımızı elə sosial şəbəkədən gözünü ayırmadan cavablandırdı)
- Facebookdan ayrılmaq çətin deyilki??
- Facebook mənə çox yardımçı olur. Mövzu seçimində insanların fikri mənim üçün çox önəmlidir. Mən facebookda vaxtımı öldürmürəm. Sosioloji sorğular keçirirəm, verilişlə bağlı müxtəlif insanların fikrini öyrənirəm.Lakin etiraf edim ki, facebookda hərdən vasitəçilik də edirəm.(gülür)
- Kitab oxumaqla aranız necədir?
-Türk dilli kitabları oxumağı çox sevirəm. Hətta bir şey də deyim. Kitabda bəyəndiyim cümlələrin altından xətt çəkmək kimi bir vərdişim də var.Kitab səni danışdırır, hər hansı məsələdə reaksiya verməyinə yardımçı olur.
-Hansı aparıcıları bəyənirsiniz?
-Bu gün cəmiyyətimiz üzdə olan aparıcılara daha çox meyllidir. Tamaşaçılarımız üzdə olan, şou aparıcılarının arxasınca qaçır. Bizim insanlar da belə bir xüsusiyyət var da, üstündən illər keçsə də toy kasetlərinə dəfələrlə baxırlar. Bu gün efirə gedən toy verilişlərini də cəmiyyət tələb edir.
-Dostunuz çoxdu düşməniniz?
Dostum çoxdur, düşmənim yoxdur. Məni özünə rəqib hesab edənlər ola bilər, mənsə heç kimi özümə rəqib bilmirəm.
-Səbr kasanız tez-tezmi daşır?
-Özümü idarə etməyə çalışıram. Ən əsası mən insanları dinləməyi bacarıram.
-Türk aktyoru “Kıvanç”a bənzədilən Ramal Hüseynovun şəxsi həyatı oxucularımız üçün maraqlı olmazdımı?
-(gülür). Şəxsi həyatımda maraqlı bir şey yoxdu. Ancaq işim və özüm.Həm evlilik məsələsi qismət məsələsidir məncə.
Bu arada müsahibimin telefonu susmaq bilmirdi. Bu dəfəki zəng isə ürəkaçan oldu deyəsən.Bu üzündən də aydın görünürdü.
-Çoxdandır bu zəngi gözlədiyirdiniz deyəsən?
-İki-üç gündür Daxili İşlər Nazirliyindən bir nəfər də olsun verilişimizə qonaq qismində çıxış etmək istəmirdi. Nəhayət, Nazirlikdən müsbət bir cavab ala bildik-deyərək müsahibim sevinclə çəkiliş otağına doğru tələsdi.
Mirvari Nəcəf
Könül İbrahim