Kənd sakinlərindən Publika.az-a verilən məlumata görə, 28 yaşlı R.Məmmədov içki alüdəçisi olub. Hadisəni törədən zaman da onun içkili olduğu bildirilir.
O, yaşadığı evin həyətində döş qəfəsinə ov tüfəngindən atəş açıb.
Təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılan R.Məmmədovun həyati təhlükəsi yoxdur.
Onun 2 övladı var.
Xatırladaq ki, Ruslam Məmmədovun atası Valeh Məmmədov 19 avqust 2012-ci il tarixində həyat yoldaşını mübahisə zəminində baltalayaraq öldürüb. O, məhkəməyə verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. Bildirib ki, arvadının ona xəyanət etdiyini düşünüb və qısqanclıq zəminində həyat yoldaşını baltalayaraq öldürüb.
Valeh Məmmədov da cinayəti spirtli içkinin təsiri altında törədib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilib.
***
İsmayıllı rayonunda güllələnmə hadisəsi baş verib.
Hadisə rayonun Qalacıq kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ruslan Valeh oğlu yaşadığı evin həyətində ov tüfəngindən özünə atəş açaraq sağ döş qəfəsindən güllə yarası alıb. R.Məmmədov təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun ehtiyatsızlıq səbəbindən odlu silahla özünə xəsarət yetirdiyi bildirilir.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (apa)
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto